“Hyundai N” bölümü öz sportkarını buraxacaq - FOTO

“Hyundai” modellərinin idman modifikasiyalarını hazırlayan N bölümü Mercedes-AMg bölməsindən nümaunə götürərək öz modelini hazırlamaq niyyətidədir. Layihəyə şirkət rəhbərliyi tərəfindən artıq "yaşıl işıq" yandırılıb. Bir neçə aylıq söz-söhbətdən sonra Hyundai şirkətinin N bölümünə koreya markasının seriya modellərinə əsaslanmayan öz sportkarını buraxılması üçün razılıq verdiyini əminliklə söyləmək olar. Bu barədə koreya istehsalçısının idman avtomobilləri və avtoidman üzrə bölümünün icraçı vitse-prezidenti Tomas Şemer bildirib.

"Hyundai N bölümünün bayraqdar modeli üzərində ciddi cəhdlə işləyirik. Bu xüsusi və Hyundai markasından gözlənilməyən bir avtomobil olacaq", - Şemer AutoRAI.nl nəşrinə müsahibəsində bildirib.Hələlik, bu avtomobilin necə olacağı barədə məlumat verilməyib. Layihə başlanğıc mərhələsindədir, lakin, yüksək vəzifəli menecer həmin modelin Hyundai RM 16 N konseptinə bənzəyəcəyinə də işarə vurub.

"Hazırda biz bu modelin məhdud sayda buraxılması barədə məlumatı nə təsdiq, nə də təkzib edə bilərik. Lakin, bu model superidman seqmentindən olacaq. Hyundai RM 16 N konseptinə baxın və sizin nəyin gözlədiyini təsəvvür edin", - Şemer söyləyib. Ehtimallara görə, Hyundai N Kia Stinger və ya Genesis G70 üslubunda sedanı deyil, iki yerli kupe hazırlayacaq. Bu kupenin ortamühərrikli arxadan çəkişli sportkar olacağına ümid edək.


Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












