"İlin ən yaxşı avtomobili" adına namizədlər açıqlandı - SİYAHI

"World Car of The Year 2019" mükafatının təşkilatçıları nominantların siyahısını açıqlayıblar. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, "Dünyada ilin ən yaxşı avtomobili" adına 35 maşın iddialıdır. Onlar arasında "Acura RDX", "Audi A1", "A6", "Q3", "BMW 3 Series", "BMW X2", "i8 Roadster", "Dacia Duster", "Ford Focus", "Hyundai Santa Fe", "Nexo", "Infiniti QX50", "Kia Ceed/Forte", "Soul", "Niro EV", "Toyota Avalon", "Corolla" və "RAV4" markaları var. Siyahıda "Audi"dən 4 model, BMW, "Kia" və "Toyoto"dan 3, "Hyundai", "Jeep", "Jaguar", "Lexus", "Nissan" və "Volvo"dan isə 2 model var. "Acura", "Cadillac", "Citroen", "Dacia", "Ford", "Honda", "Infiniti", "SEAT", "Subaru" və "Suzuki" bir modellə təmsil olunur. Ekspertlər "lüks" sinifli ən yaxşı maşını "Audi A7", "Q8", "BMW 8 Series", "Mercedes-Benz GLE" və "Volkswagen Touareg" markalarının arasından seçəcəklər. Ən uğurlu "Şəhər modeli" adı uğrunda isə "Audi A1", "BMW X2", "Kia Soul", "Seat Arona" və "Suzuki Jimmy" yarışacaq. Bütün bu avtomobilləri 85 ekspert və avtomobil istehsalçısından ibarət münsiflər heyəti qiymətləndirəcək. Mükafatın təqdim olunma mərasimi 2019-cu ilin aprelində Nyu Yorkda keçiriləcək. Xatırladaq ki, 2017-ci ildə "World Car of The Year" mükafatına "Volvo XC60" markalı avtomobil layiq görülmüşdü.
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












