İlk plastmas avtomobil təqdim olundu

Yaponiyada vacib detalları və komponent hissələrinin 90 faizi plastmasdan hazırlanan ilk avtomobil nümayiş olunub. Avtosfer.az ICTnews-a istinadən xəbər verir ki, innovasiya texnologiyalarının inkişafı üzrə dövlət proqramına uyğun hazırlanan qeyri-adi avtomobil Tokio Universitetinin alimləri və avtomobil istehsalçıları arasında əməkdaşlıq nəticəsində ərsəyə gəlib. Məlumata görə, müxtəlif növ plastmasların tətbiqi sayəsində avtomobilin çəkisi adi maşından 40 faiz azdır. Belə xüsusiyyət enerjiyə qənaət etməyə, eləcə də elektromobillərin inkişafı üçün yeni imkanlar açmağa şərait yaradır. Bu yaxınlaradək maşınqayırmada plastmasdan istifadə onun möhkəm olmaması ilə əlaqədar qeyri-mümkün hesab edilib. Lakin alimlər müxtəlif növ uyğun materiallar tətbiq etməklə bu problemin həllinə nail olublar.
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












