İranda müharibə Azərbaycanda avtomobil ehtiyat hissələrini də bahalaşdırdı - VİDEO

İranla ABŞ arasındakı hərbi münaqişə avtomobil ehtiyat hissələri bazarına da təsir edib. Avtosfer.az xəbər verir ki, regiondakı gərginlik logistik çətinliklər yaratdığından xüsusən də Dubaydan Azərbaycana idxal edilən avtomobil ehtiyat hissələrinin qiyməti artıb. Sahibkasrların sözlərinə görə, xüsusilə Dubaydan Çin və Amerika istehsallı avtomobillərin gövdə və alt işlək hissələrinə aid detalların tədarükündə çətinlik yaranıb. Bu isə bazarda həmin məhsulların azalmasına və qiymətlərin 50-150 manat civarında artmasına səbəb olub. Sahibkarlar bildirirlər ki, Yaxın Şərqdə yaranan gərginlik səbəbindən ehtiyat hissələri ilə yüklənmiş gəmilərin hərəkətində ciddi problemlər yaranıb. Alternativ marşururutlar isə avtomatik qiymətə təsir edir. Bundan başqa, birbaşa uçuşların dayanması da məhsulların ölkəyə gətirilməsini çətinləşdirib. Nəticədə detallar Azərbaycana digər ölkələr üzərindən daşınır ki, bu da əlavə xərc deməkdir.
Sahibkarlar bildirirlər ki, bazarda bəzi hissələrin qıtlığı davam edərsə, yaxın aylarda qiymətlərdə əlavə artım da mümkündür.
Daha ətraflı videomaterialda:
Sürücülər bunu bilmir: 20 manat əlavə ödə, 10 min al
Məşhur bloqer oğurlanan superkarını internetdə gördü - Küçədə "drift" edərmiş
8 min manata “Hyundai”, 14 min manata “Prado”...
Avtomobil saxlamaq bahalaşır – Sürücülərin xərcləri artır
Azərbaycana gətirilən bahalı avtomobillərin sayı artdı - Rəqəmlər
“Mercedes” Almaniyaya investisiya qoyuluşunu dayandırır
Azərbaycanda Çinin seçilən markalarına zəmanət veriləcək
Şinlərin təzyiqi: Əksəriyyətin buraxdığı səhvlər
Bu maşınlar ucuzlaşacaq - YENİ QAYDALAR GƏLİR
Vəsiqəsiz şəxslərə avtomobil verənlərə XƏBƏRDARLIQ - VİDEO
Avropa məhkəməsi "MAZ" və "BELAZ"ın iddiasını rədd etdi












