İşlənmiş avtomobil bazarında risklər: Qəza izlərini necə tanımaq olar?

İşlənmiş avtomobil alarkən ən geniş yayılmış risklərdən biri sənədlərdə qeydə alınmamış ciddi ban zədələridir. Eyni zamanda maşının ideal görünüşü onun yol-nəqliyyat hadisəsinə düşmədiyinə zəmanət vermir.
Avtosfer.az xəbər verir ki, bu barədə "İzvestiya"ya Rusiyanın "SberAvto" servisinin ekspertləri danışıblar.
Mütəxəssislərin sözlərinə görə, gizli təmirin açıq-aşkar əlamətlərindən biri avtomobilin ban elementləri arasında yaranan qeyri-bərabər aralıqlardır.
"Bütün qapılar, baqaj və kapot simmetrik yerləşdirilməli, hissələr arasında məsafə bərabər olmalıdır. Eni fərqlənən aralıqlar hissənin dəyişdirilməsinə və ya banın deformasiyasına işarə edə bilər.
Gizli təmir barədə həmçinin yenidən rəngləmə izləri xəbər verə bilər. Banın yalnız bir elementinin təzə görünməsi xüsusilə nəzərə çarpır. Bundan əlavə, qaynaq yerlərinin vəziyyətinə diqqət yetirmək vacibdir.
Maşının yol-nəqliyyat hadisəsində iştirakına dəlalət edən hallara da diqqət edilməlidir: məsələn, hərəkət zamanı avtomobil bir tərəfə əyilirsə və ya qapılar və baqaj yalnız güc tətbiq etməklə bağlanırsa, bu, problem əlaməti ola bilər.
Daha bir əlamət fərqli markalanmış şüşələrdir. Həmçinin avtomobil alarkən qapıların, kapotun və baqajın kənarları kimi banın daxili səthlərini yoxlamaq vacibdir. Qeyri-bərabərliklər, boya izləri, üstü rənglənmiş kipləşdiricilər və lakda tozun olması qismən yenidən rəngləməyə işarə edə bilər", - deyə mütəxəssislər bildiriblər.
Benzin və dizel maşın sürənlərin NƏZƏRİNƏ: XƏBƏRDARLIQ
Saatlarla avtomobildə vaxt keçirənlərə pis xəbər!
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu












