İsti havada avtomobil təkərlərindən düzgün istifadə qaydaları

"Avtomobil şinləri müxtəlif temperatur şəraitlərində istismar olunmaq üçün dizayn edilir. Standartlara görə, yay şinlərinin dözə biləcəyi maksimum ətraf mühit temperaturu 55 °C-dir. Bununla belə, avtomobil hərəkətdə olarkən şinlərin qızma dərəcəsi havanın hərarətindən əhəmiyyətli dərəcədə yüksək olur".
Avtosfer.az xəbər verir ki, bu barədə "İzvestiya" nəşri "Cordiant" şirkətlər qrupunun mütəxəssislərinə istinadən məlumat yayıb.
Ekspertlərin fikrincə, ən yüksək hərarət göstəriciləri bir neçə faktorun üst-üstə düşməsi - kəskin isti hava, qızmış asfalt örtüyü, maşının həddindən artıq yüklənməsi, sabit yüksək sürət və ya tez-tez əyləcdən istifadə zamanı qeydə alınır:
"Bu, şinlər üçün ən çətin sınaq hesab olunur. Magistral yolda idarəetmə zamanı şin hərəkət zamanı yaranan sürtünməyə görə qızırsa, əyləcləmə zamanı əlavə olaraq əyləc sisteminin detallarından da istilik alır. Belə ekstremal şəraitdə həddindən artıq isinmiş şinlərin protektorları daha intensiv aşınmaya məruz qalır. Həmçinin əvvəllər təmir edilmiş və ya təzyiqin aşağı olması kimi istismar qaydaları pozulmuş təkərlərdə daxili zədələnmə təhlükəsi yüksəlir. Şinlərin təzyiqi 1-1.5 atmosferə qədər enibsə (bunu vizual olaraq hər zaman fərq etmək mümkün deyil), yolda onsuz da qızmış təkərin daha da istilik toplaması baş verəcək".
Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu hal şinin sıradan çıxması və ya hərəkət zamanı partlaması ilə nəticələnə bilər. Nəzərə almaq lazımdır ki, isti havada təkərlərdə təzyiqin qalxması tamamilə normaldır və bu təzyiqi süni şəkildə azaltmaq məsləhət görülmür:
"İsti hava şəraitində şinlərdən istifadənin qızıl qaydası - səfərə çıxmazdan öncə mütləq soyuq vəziyyətdə təkərlərdəki təzyiqi manometrlə yoxlamaqdır. Eyni zamanda yüksək sürətlə hərəkət edirsinizsə, hər 3-4 saatdan bir avtomobili saxlayaraq 30 dəqiqəlik fasilə vermək tövsiyə olunur. Sürət nə qədər çox olarsa, dayanma tezliyi və müddəti də buna uyğun artırılmalıdır".
Benzin və dizel maşın sürənlərin NƏZƏRİNƏ: XƏBƏRDARLIQ
Saatlarla avtomobildə vaxt keçirənlərə pis xəbər!
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu












