İkinci əl avtomobil alanlara VACİB TÖVSİYƏ: "Bunları etməsəniz, başınız ağrıyacaq"

Azərbaycanda ikinci əl avtomobil bazarı ildən-ilə genişlənir. Qiymətlərin yeni avtomobillərlə müqayisədə daha münasib olması və sərfəli şərtlərlə satış təklifləri bu bazarı daha da cazibədar edir. Lakin mütəxəssislər bildirir ki, ikinci əl avtomobil alarkən bəzi vacib məqamlara diqqət yetirilməzsə, bu, alıcını ciddi maliyyə itkiləri ilə üz-üzə qoya bilər.
Mövzu ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, avtomobil alarkən ilk növbədə onun sənədlərinə diqqət yetirilməlidir.
“Avtomobilin kimin adına rəsmiləşdiyi, üzərində cərimə olub-olmadığı və sənəddəki ban nömrəsinin avtomobilin üzərindəki ilə uyğun gəlib-gəlmədiyi yoxlanmalıdır. Bu, ən əsas məsələlərdəndir”.
Ekspert qeyd edir ki, hazırda texnologiyaların inkişaf səviyyəsi o həddə çatıb ki, avtomobilə yalnız gözlə baxmaqla onun əvvəl hansı problemlərlə üzləşdiyini müəyyən etmək mümkün deyil.
“Bu səbəbdən də, avtomobilin xüsusi kompüter diaqnostikasından keçirilməsi vacibdir. Avtomobili servis mərkəzinə aparıb peşəkar ustaların baxışından keçirmək olar. Onlar avtomobildə mövcud olan nasazlıqları müəyyən edərək alıcıya ətraflı məlumat verməlidirlər ki, sonradan gözlənilməz problemlərlə üzləşməsinlər. Alıcı avtomobilin əvvəlcədən hansı xərclər tələb etdiyini bilməlidir”.
E. Cəfərov sonda vurğulayıb ki, yalnız satıcının sözünə inanaraq avtomobil almaq doğru deyil. Mütləq şəkildə texniki baxış və sənəd yoxlaması aparılmalıdır.(konkret.az)
Rusiyada 30-cu illərə “kişi kimi” qayıdış - FOTOLAR
Bu maşınların təmir xərcləri baha başa gəlir
Sürət limiti olmayan yollar sürət həvəskarları üçün çəkilməyibmiş
Sovet Azərbaycanında avtoxuliqanlar - FOTO - VİDEO
"Mercedes-Benz"in üç seçilən modeli üçün xüsusi imkanlar - FOTO
Bu polis avtomobili həm də həkimlərin işinə yarayır
Azərbaycanda maşınların sayı 2 milyona yaxınlaşıb: Bakı yollarında böhran dərinləşə bilər
"Tesla"nın sükan və pedalsız taksiləri ABŞ hökumətinin diqqətində
Maykl Ceksonun anasının lüks avtomobili hərraca çıxarıldı - FOTOLAR
Bu iki qaydaya əməl etməyən sürücülər qəza şəraiti yaradır – XƏBƏRDARLIQ
Rusiyada yapon avtomobili sevgisi və uğursuz rəsmi təbliğat










