İnsanlar niyə lüks avtomobil alırlar?

Bu günlərdə Dövlət Statistika Komitəsi 2024-cü ildə alınmış lüks avtomobillərlə bağlı rəqəmləri yaydı. Təbii ki, statistika birmənalı qarşılanmadı. Bəs insanlar bahalı avtomobili niyə alırlar?
Avtosfer.az “The Street” saytına istinadla xəbər verir ki, baş ofisi Londonda yerləşən “McKinsey” təşkilatı lüks avtomobil alan 150 nəfərlə əlaqə yaradıb. Agentlik söhbət əsnasında onların psixoloji portretini cizib.
Məlum olub ki, illik qazancı 200 min - 1 milyon dollar arası olan bu şəxslər çox vaxt maşın sürməkdən həzz almaq üçün lüks avtomobil əldə edirlər. Onların əksəriyyətinin gündəlik istifadə üçün nisbətən ucuz maşınları var.
Rəyi soruşulanların 86 faizi məhz həzz üçün bahalı avtomobil alanlardır. Başqa bir qrup lüks avtomobilləri alıb bir neçə il sonra baha qiymətə satır, digəri sürət azarkeşidir və s.
Beləliklə, “McKinsey”nin əməkdaşları 200 min dollardan baha maşın alanları 4 qrupa bölürlər: kolleksiyaçılar, innovasiya həvəskarları, sürət həvəskarları və status düşkünləri.
Maraqlıdır ki, lüks avtomobil həvəskarları elektromobilə çox da maraq göstərmirlər. Onların marağında V8 və daha böyük həcmli benzin mühərrikli maşınlardır.
Vüqar
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?












