"İnsanyuyan" maşınlar - Yaponların yeni ixtirası

Osakada yerləşən və duş başlıqları istehsalı ilə məşğul olan "Science" adlı şirkət oturacaqlı kokpit formasında unikal bir cihaz hazırlayıb.
Avtosfer.az Yaponiyanın "The Asahi Shimbun" qəzetinə istinadən xəbər verir ki, hazırlanan yeni cihazda istifadəçi mərkəzi oturacaqda əyləşir, su ilə dolur və sensorlar vasitəsilə şəxsin nəbzi və digər bioloji göstəriciləri ölçülərək ideal temperatur təmin olunur. Bununla yanaşı, cihazın şəffaf örtüyünün içərisində istifadəçini dincəltmək məqsədilə xüsusi görüntülər nümayiş etdirilir.
"Miraı Ningen Sentakuki" (Gələcəyin insan yuyan maşını) adlanan bu cihaz hələlik kütləvi satış üçün nəzərdə tutulmayıb. Şirkət bu layihəni ilk dəfə bu ilin aprel ayında Osakada keçiriləcək bir sərgidə təqdim etməyi planlaşdırır. Hər gün səkkiz nəfər əvvəlcədən qeydiyyatdan keçməklə 15 dəqiqəlik "yuma və qurutma" təcrübəsi yaşamaq imkanı əldə edəcək.
Bununla yanaşı, şirkətin evdə istifadə üçün nəzərdə tutulmuş versiyanın da üzərində işlədiyi barədə məlumatlar yayılıb.
(valyuta.az)
100 kilometrə 5 litrdən az yanacaq sərf edən 10 dizel avtomobili – SİYAHI
Avropanın avtomobil sənayesi: Tarixin təkərrürü yoxsa imitasiya? - FOTO
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt












