İstehsalçılar hər avtomobildən nə qədər qazanır?

Hər bir istehsalın son məqsədi gəlir əldə etməkdir. Bazarda vəziyyətdən asılı olaraq bu gəlir daim dəyişir. Avtomobil sahəsində də vəziyyət fərqli deyil.
Avtosfer.az xəbər verir ki, baş ofisi Britaniyada yerləşən “Jato Dynamics” təşkilatı istehsalçıların hər avtomobildən əldə etdiyi gəlirlərin statistikasını yayıb.
Statistikaya görə liderlik “Ferrari”yə məxsusdur. İtaliya şirkəti hər avtomobildən 136 671 avro xalis mənfəət əldə edir. Başqa sözlə, satışdan əldə olunan gəlirin 28 faizi xalis mənfəətdir.
Avropalı istehsalçılardan “Porsche”nin də mənfəəti böyükdür – hər avtomobildən 18 142 avro, və ya 14,06 faiz.
Digər markalara gəlincə, “Mercedes” hər satışdan 5692 avro, BMW 4693 avro, “Volvo” 2547 avro xalis qazanc götürür.
Yapon istehsalçılara gəlincə, “Suzuki” hər avtomobildən 10,5 faiz, “Toyota” 10,25 faiz mənfəət əldə edir.
Lakin zərərlə işləyən markalar da var.
Məsələn, Səudiyyə Ərəbistanının “Lucid” brendi hər avtomobildə 283 468 avro zərər etsə də, istehsalı dayandırmır. Səbəb də məlumdur: Səudiyyə fondlarından bu şirkətə pul sel kimi axır.
Vüqar Yaşaroğlu
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?












