İsti hava elektromobil sürücülərini əlavə xərcə salır

Havaların isinməsi texnikanın da fəaliyyətinə mənfi təsir göstərir. Bu hal elektromobillərdən də yan ötmür.
Avtosfer.az xəbər verir ki, kəskin istilərdə elektromobilin doldurulması çətinləşir. Əvvəla, elektrik şəbəkəsi yükləndiyi üçün doldurma zamanı qızma baş verir. Bəzi ölkələrdə doldurma stansiyalarında güc azaldılır. Bu da sürücülər üçün əlavə vaxt itkisidir.
Ən əsas məqam istidə doldurma ilə bağlıdır. Şəbəkədən qəbul edilən elektrikin bəzi hallarda 30 faizi batareyanın soyudulmasına sərf edilir. Bəzi hallarda batareya çox qızdıqda proqram təminatı avtomatik olaraq doldurmanı dayandırır.
Buna görə də ekspertlər elektromobili yay mövsümündə gündüz vaxtı doldurmağı məsləhət görmürlər. Elektromobili kölgədə saxlamaq və gecə saatlarında doldurmaq tövsiyə edilir.
Vüqar
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?
Dizellə işləyən maşınlar qadağan edilir?












