İsveçrədə köhnə avtomobillərin “qəbiristanlığı” aşkarlanıb

İsveçrədə köhnə avtomobillərin “qəbiristanlığı” aşkarlanıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Almaniyanın “AutoMotor und Sport” avtomobil jurnalı məlumat yayıb.
Qeyd edilir ki, hakmiyyət orqanları bu barədə məlumatsız olublar.
Nəşrin məlumatına görə, 70-dən çox nömrəsiz avtomobil Sankt-Qallen şəhərinin Kirxberq bələdiyyəsində, çəmənlikdə yerləşir. Avtomobil “qəbiristanlığı”nda ötən əsrin 70-80-ci illərinin sedanları, bir çox italyan və alman modelləri; məsələn, “Alfa Romeo”, “Fiat 130”, “Lancia Gamma”, “Audi 200”, həmçinin “Opel Senator”, “Opel Commodore Caravan”, “Mercedes-Benz S-Class” var.
Avtomobillərin əksəriyyəti zədəlidir: sınmış şüşələr, havası boşalmış şinlər, kolleksiyanın texniki hissəsi haqqında heç nə məlum deyil. Yerli hakimiyyət köhnə avtomobillərin kimə məxsus olduğunu müəyyən edəcək. Bundan sonra avtomobillər İsveçrə qanunlarına uyğun olaraq utilizasiya ediləcək.
(nuhçıxan)
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA












