Kia Soul EV elektrokrossoveri təqdim olundu

Los Ancelesdə keçirilən avtomobil sərgisi zamanı Kia şirkəti özünün Kia Soul EV adlı elektrokrossoverini təqdim edib. Kia Soul EV 201 at gücündə elektrikli mühərrik və 64 kilovat saat batareya həcmi ilə təchiz olunub. Batareya həmçinin sürətli enerji yığma özəlliyini və maye soyuducu texnologiyasını dəstəkləyir. 4 çalışma rejimindən (Eco, Eco+, Comfort və Sport) birini seçməkdən asılı olaraq Kia Soul EV-in yol qətt etmə göstəriciləri fərqlənir.
Avtosfer.az technote.az-a istinadən bildirir ki, şirkət bu barədə dəqiq bir rəqəm söyləməsə də elektromobil 400 km-dən az yol qətt etməyəcək. Bununla yanaşı Kia Soul EV bir sıra maraqlı və faydalı funksiyalara da sahibdir. Məsələn elektromobil sürücü üçün lazım olan məlumatları əks etdirən UVO sistemini, Android Auto və Apple CarPlay özəlliklərini dəstəkləyir. Beləliklə Kia Soul EV gələn ilin ilk yarım ilinin sonunda satışa çıxacaq. Şirkət hələki elektrokrossoverin qiymətini açıqlamayıb. Çox güman ki, onun qiyməti satışa çıxmasına az qalmış bəlli olacaq.
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












