Kimlər sürücülük vəsiqəsini dəyişdirməli olacaq? - Yeni qaydalar

Azərbaycanda yeni sürücülük vəsiqələri hazırlanacaq. İlham Əliyev tərəfindən imzalanmış yeni qanunda bəzi müddəalar var: yaş dəyişiklikləri, yeni kateqoriyalar və s. Yeni sürücülük vəsiqələri 2019-cu il yanvarın 1-də istifadəyə veriləcək. Bəs kimlər sürücülük vəsiqələrini dəyişdirməli olacaq və yeni dəyişikliklər nədən ibarətdir?
Bu suala oxu.az-a açıqlamasında nəqliyyat sahəsi üzrə ekspert Azər Allahverənov cavab verib. Onun sözlərinə görə, 2019-cu il yanvarın 1-dən Azırbaycanda yeni kateqoriyalı və alt kateqoriyalı sürücülük vəsiqələrin verilməsinə başlanacaq. “Bizim bu gün istifadə etdiyimiz sürücülük vəsiqələrində 4 kateqoriya mövcuddur. Yeni sürücülük vəsiqələrində yeni kateqoriya və alt kateqoriyalar öz əksini tapacaq: B1, D1 vəsiqələri 18 yaşdan yuxarı sürücülərə veriləcək, D1E kateqoriyasını isə 23 yaşdan yuxarı insanlar əldə edə biləcəklər”, - ekspert qeyd edib. O deyib ki, dəyişikliklərin tətbiqi təbii addımdır. “Misal üçün, əvvəllər kvadrosikl kimi nəqliyyat vasitələri olmayıb və əlbəttə ki, qanun bu tip nəqliyyat vasitələrinin sürücülərinə aid deyildi. A1 alt kateqoriyası 16 yaşdan yuxarı insanlara motorlu velosipedlər idarə etməyə imkan verəcək”, - A.Allahverənov əlavə edib.
Daha bir vacib dəyişiklik yüksəktonajlı yük avtomobillərinin idarə olunmasını nəzərdə tutan C1E kateqoriyasının hazırlanmasıdır. Əvvəllər C kateqoriyası ilə bütün növ yük avtomobillərini idarə etmək mümkün idi, ancaq 2019-cu il yanvarın 1-dən bu cür avtomobilləri idarə etmək üçün C1E kateqoriyası da vacib olacaq. “Qeyd etmək lazımdır ki, yeni dəyişiklərə əsasən, B1 kateqoriyası kvadrosikl və trisikllara aid ediləcək.
Yeri gəlmişkən, bir müddət öncə vətəndaşının sürücülük vəsiqəsi üçün imtahan verməmişdən öncə hansı növ avtomobil idarə edəcəyini bildirəcəyi ilə bağlı məlumatlar yayılmışdır. Əgər avtomobil avtomatik idarə ediləndisə, bu, vəsiqədə qeyd olunacaq. Ancaq bu dəyişikliklə bağlı bəzi aspektlər açıq qalır. Və yəqin ki, bu səbəbdən prezidentin həmin sərəncamında 3 ay ərzində dəyişikliklərin hazırkı qanunvericilikdə əksini tapması göstərilib”, - Allahverənov qeyd edib.
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












