Kişilərin maşınları qadınlardan üstün tutduqları təsdiqləndi

Avtomobil sahiblərinin nəqliyyat vasitələrinə münasibəti ilə bağlı aparılan sorğular maraqlı nəticələr ortaya çıxarıb. Araşdırmalar göstərir ki, bəzi kişilər avtomobillərinə həm daha çox vaxt ayırır, həm də partnyorları ilə müqayisədə daha çox pul xərcləyirlər.
İngiltərədə fəaliyyət göstərən Vantage Leasing şirkətinin keçirdiyi sorğuya əsasən, kişilərin təxminən 20 faizi avtomobili ilə partnyorundan daha çox vaxt keçirməkdən zövq aldığını bildirib. Respondentlərin təxminən beşdə biri avtomobilinə ad verdiyini deyib. Sorğuda iştirak edən hər yeddi nəfərdən biri isə avtomobilini yumaq və ya sürmək bəhanəsi ilə partnyorundan uzaqlaşdığını etiraf edib.
Oxşar nəticə Go Car Credit şirkətinin 2021-ci ildə 1000 avtomobil sahibi arasında keçirdiyi araşdırmada da qeydə alınıb.
Sorğuya əsasən, avtomobil sahibləri nəqliyyat vasitələrinə partnyorlarından orta hesabla 48 faiz daha çox pul xərclədiklərini bildiriblər. Araşdırmada aylıq orta xərc avtomobil üçün 82,19 funt sterlinq, partnyor üçün isə 55,48 funt sterlinq göstərilib.
Araşdırma müəlliflərinin fikrincə, bir çox sürücü avtomobilini gündəlik həyatın ayrılmaz hissəsi hesab edir və onun saxlanılması, təmiri, təmizliyi, eləcə də fərdiləşdirilməsi üçün müntəzəm xərc çəkir. Bu da bəzi hallarda avtomobilə ayrılan büdcənin şəxsi münasibətlərə sərf olunan vəsaiti üstələməsinə səbəb olur.
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












