Klassik avtomobillər yığım vasitəsinə çevrilir - FOTO

İlk baxışdan belə təsəvvür yaranır ki, antik avtomobil yaşlı insanların işidir. Bu yanaşma isər Azərbaycanda, istərsə də dünyada eynidir. Elə Azərbaycanı götürək: QAZ-21, yaxud Pobeda ilə hansısa tədbirə hələn adamların böyük əksəriyyətinin yaşı 60-ı keçmiş olur. Amma dünyada tendensiya dəyişir.
Avtosfer.az xəbər verir ki, Britaniyanın “Magneto” saytı avtomobil kolleksiyası bazarını araşdırıb. Məlum olub ki, böyük kolleksiyaçıların yaş həddi getdikcə aşağı düşür. Artıq avtomobil kolleksiyası toplayanlar arasında 30 və daha az yaşı olanlara da rast gəlinir. Gənc kolleksiyaçıların əsas marağı 60-70-ci illərin idman avtomobillərinədir. 1900-cü illərin maşınları onlarda çox da maraq doğurmur.
Saytın məlumatına görə, hərraclarda antik avtomobillərin satış həcmi 2023-cü ildə 800 milyon avro, 2024-cü ildə isə 700 milyon avro olub. Hərraclar getdikcə daha şəffaf olduğu üçün informasiya əldə etmək də asanlaşır. Azalmanın səbəbi qlobal siyasi və iqtisadi vəziyyətdir. Kolleksiyaçılar vəziyyətdən ehtiyat etdikləri üçün klassik avtomobil satışı qlobal səviyyədə azalır. Çünki antik avtomobil yığım vasitəsi, ehtiyat kapital kimi qəbul edilir. Son 15 ildə bu texnikanın dəyəri davamlı olaraq artır. Misal üçün ötən il vaşinqtondakı hərracda 60-cı illərin istehsalı olan “Porsche 918 Spyder” 3,4 milyon dollara satılmışdı. Həmin maşının 2013-cü ildə qiyməti bundan 10 dəfə aşağı olub!
Yaxud, bir neçə ay əvvəl 4 milyon dollara satılan “Ferrari Enzo” cəmi 10 il əvvəl yarı qiymətə alınmışdı.

Bir sözlə, qızıl, platin və daşınmaz əmlakla yanaşı artıq klassik avtomobil də dünyada yığım vasitəsi, etibarlı kapital kimi qəbul edilir.
Vüqar Yaşaroğlu
Elektromobillər daha az sürülür
Avtomobil sahiblərini gözləyən YENİ XƏRCLƏR – Rekord bahalaşma yaxınlaşır
Azərbaycana avtomobil idxalı azalıb: Qiymətlər bahalaşacaq?
Sürücülərin NƏZƏRİNƏ: Mühərrik yağları kəskin bahalaşdı - VİDEO
Sürücülərin bal limiti artırılır, bəzi cərimə balları ləğv edilir - ŞAD XƏBƏR - VİDEO
Ağac altında park edilən avtomobillər üçün daha bir təhlükə - FOTO
Müasir benzinin köhnə avtomobillər üçün təhlükəsi
Ölkədə tək olan "Mercedes" FANTASTİK QİYMƏTƏ satışa çıxarıldı - FOTO
Avtomobil bazarında durğunluq: İdxal rəqəmləri narahatedici siqnal verir - VİDEO
Ən çox istifadə olunan avtomobil markaları: 2026-cı il üzrə SİYAHI
"Mercedes-Benz" bu ölkənin bazarından çıxa bilər










