Köhnə maşınların sığortası sərf etmir? - Sürücülərin bilməli olduqları QAYDALAR

Bəzən yol-nəqliyyat hadisəsi baş verəndə sürücülər avtomobil sığortalansa da, sığorta pulunu çətinliklə aldıqlarından şikayətlənirlər. Onların iddiasına görə, sığorta ödənişi hətta aylarla yubanır.
Bəs avtomobil sığortası qiyməti necə hesablanır? Sürücülər hansı hallarda sığorta şirkətləri ilə problem yaşayırlar? Ümumiyyətlə, sığorta hadisəsi zamanı sürücü neynəməlidi?
Sığorta mütəxəssisi Seymur Bağırov açıqlamasında bu və digər sualları cavablandırıb.
Onun sözlərinə görə, qiymətin hesablanması üçün avtomatik olaraq avtomobilin markası, modeli, mühərrikin ili, sürənin sürücü təcrübəsi və yaşına görə dəyişir. Mütəxəssis deyib ki, qiymətləndirmə minimum 50 manatdan başlayaraq 250 manat baza sistemində fərqlənə bilir:
“Həmçinin daha çox və ya daha az da ola bilər”.
Müsahibimizin sözlərinə görə, sürücü hər hansı bir problemlə qarşılaşmayıbsa, sığorta şirkətləri ilə hər şey qaydasındadırsa, hadisə nəticəsində ilk növbədə DYP-yə müraciət edilməlidir. S.Bağırov deyib ki, sığortanın gəlməsi vacib olmasa da, xəbər verilməsi məqsədəuyğundur:
“DYP-də “Forma4” sənədi var ki, bu, 30 iş günü ərzində sığorta şirkətinə çatmalıdır. Həmin sənəd 7 iş günü müddətində qiymətləndirilir, növbəti 7 iş günü ərzində də ödəniş olunmalıdır”.
Həmsöhbətimiz sığorta şirkətinin ödənişi vermədiyi bir neçə istisna halları da qeyd edib. Dediyinə görə, bura sürücünün içkili olması, işıqforun qırmızı işığında keçməsi, etibarnaməsiz avtomobil idarə və s. bu kimi səbəblər aiddir.
Bəzən köhnə maşınların sığortasının sərf edilmədiyi də deyilir. Sığorta mütəxəssisi bununla bağkl deyib ki, idarə edilən bütün avtomobillərin mülki məsuliyyətinin icbari sığortası vacibdir:
“Əks təqdirdə hər 20 gündən bir 50 manat cərimə olunur”./Bakıvaxtı.az
Azərbaycanda bu maşınlar yığışdırılır – Sahiblərini nə gözləyir?
Benzin və dizel maşın sürənlərin NƏZƏRİNƏ: XƏBƏRDARLIQ
Saatlarla avtomobildə vaxt keçirənlərə pis xəbər!
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı












