Kompüter mühəndisləri sürücüsüz avtomobilə minməyə qorxurlar - FOTO

Bu günlərdə Belçikanın mobillik naziri Annik de Ridderin “Full-Self Driving” (FSD - sürücüsüz idarəetmə) sistemi barədə müsbət danışması birmənalı qarşılanmayıb.
Avtosfer.az xəbər verir ki, nazir jurnalistlərə sistemə öyrəşməyin rahat olduğunu deyib və Teslanın ünvanına tərif söyləyib.
Niderlandın dövlət qurumları bu sistemin sınaqlarına icazə verib. Yerli menecer İvan Komusanak bildirib ki, FSD-nin tətbiqi ilə Tesla 7 dəfə daha təhlükəsiz hərəkət edir. Bu sistem sayəsində 32 min nəfərin ölməsinin, 2 milyon nəfərin xəsareət almasının qarşısı alına bilərdi.
Lakin, “Reuters”in müraciət etdiyi avropalı ekspertlər başqa cür düşünürlər. Onlar bildirirlər ki, hesablamalar zamanı heç bir maddi zərər yaratmayan qəzalar da əks olunub. Həm də sınaq nəticələrindən mənfi məqamlar çıxarılıb. Buna görə də müqayisə ədalətsizdir. Ən əsası, 32 000 və 2 milyon rəqəmlərinin haradan götürüldüyü məlum olmadığından statistikanın etibarlılığı şübhə doğurur.
“Reuters məsələ ilə bağlı 9 data mütəxəssisinə də müraciət edib. Onlardan yeddisi özügedən avtomobillər barədə kəskin tənqidi fikir söyləyib. Biri isə heç bir zaman robot taksiyə minməyə ürək etməyəcəyini deyib.
Vüqar

Sürücülər bunu bilmir: 20 manat əlavə ödə, 10 min al
Məşhur bloqer oğurlanan superkarını internetdə gördü - Küçədə "drift" edərmiş
8 min manata “Hyundai”, 14 min manata “Prado”...
Avtomobil saxlamaq bahalaşır – Sürücülərin xərcləri artır
Azərbaycana gətirilən bahalı avtomobillərin sayı artdı - Rəqəmlər
“Mercedes” Almaniyaya investisiya qoyuluşunu dayandırır
Azərbaycanda Çinin seçilən markalarına zəmanət veriləcək
Şinlərin təzyiqi: Əksəriyyətin buraxdığı səhvlər
Bu maşınlar ucuzlaşacaq - YENİ QAYDALAR GƏLİR
Vəsiqəsiz şəxslərə avtomobil verənlərə XƏBƏRDARLIQ - VİDEO
Avropa məhkəməsi "MAZ" və "BELAZ"ın iddiasını rədd etdi












