Korluq, miqren və ölüm: Diqqətli olun, təhlükəli "qatil" antifriz tapıldı - FOTO

Rusiyanın Sankt-Peterburq şəhərində ölümə yol aça bilən ən təhlükəli antifriz aşkar edilib.
Avtosfer.az xəbər verir ki, bu barədə Life.ru nəşri məlumat verib.
Məlumata görə, bir neçə brendə məxsus mayelərin tərkibində metanolun 722 dəfə çox olduğu aşkarlanıb ki, bu da sağlamlığa ciddi təhlükə yaradır.
Belə ki, qadağan olunmuş metil spirti "Nord ULTRA 30°C" şüşəyuyan mayesində, eləcə də "Gleid UNLIMITED 30°C" və "Gleid PROFESSIONAL 30°C" aşağı donma xüsusiyyətinə malik məhsullarda aşkar edilib. Bu saxta avtomobil mayelərinin istehsalçıları "Qarant", "Komtorq" və "Akvatreyd" şirkətləri olub. Bu mayelərin hər birində metanolun miqdarının normadan 350-722 dəfə çox olduğu məlum olub.
Qeyd edilir ki, təhlükəli məhsullar müxtəlif marketpleyslərdə, yanacaqdoldurma məntəqələrində və yolboyu satıcılarda istehlakçılara təklif oluna bilər. Avtomobil mayelərindəki problem Sankt-Peterburqda müəyyən edilib və orada artıq müvafiq qurumlar tərəfindən bu malların geri çağırılması və məhv edilməsi barədə sərəncamlar verilib. Zəhərli antifrizlər barədə məlumat digər regionlara da göndərilib.
Xatırladaq ki, Rusiyada avtomobil mayelərində metil spirtinin istifadəsi qadağandır. Metanol buxarı ilə zəhərlənmə başağrısı, görmə qabiliyyətinin pisləşməsi və ürəkbulanma kimi hallara səbəb ola bilər. Maddə orqanizmə daxil olarsa, daha ciddi nəticələrə yol aça bilər. Bu hallara qan təzyiqinin kəskin azalması və qaraciyərin zədələnməsi daxildir ki, bu da ölümlə nəticələnə bilər.

(oxu.az)
Rusiyada 30-cu illərə “kişi kimi” qayıdış - FOTOLAR
Bu maşınların təmir xərcləri baha başa gəlir
Sürət limiti olmayan yollar sürət həvəskarları üçün çəkilməyibmiş
Sovet Azərbaycanında avtoxuliqanlar - FOTO - VİDEO
"Mercedes-Benz"in üç seçilən modeli üçün xüsusi imkanlar - FOTO
Bu polis avtomobili həm də həkimlərin işinə yarayır
Azərbaycanda maşınların sayı 2 milyona yaxınlaşıb: Bakı yollarında böhran dərinləşə bilər
"Tesla"nın sükan və pedalsız taksiləri ABŞ hökumətinin diqqətində
Maykl Ceksonun anasının lüks avtomobili hərraca çıxarıldı - FOTOLAR
Bu iki qaydaya əməl etməyən sürücülər qəza şəraiti yaradır – XƏBƏRDARLIQ
Rusiyada yapon avtomobili sevgisi və uğursuz rəsmi təbliğat










