Körpünün altında şampan partladıb yolu kəsənlər həbs edildi - FOTO - VIDEO

Bakıda körpünün altında yolu kəsən toy karvanının videosu yayılmışdı. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov Avtosfer.az-a məlumat verib ki, artıq həmin şəxslər aşkar olunaraq məsuliyyətə cəlb edilib. "Artıq 7 avtomobil aşkar edilib. 5 nəfər sürücü həbs edilib. İki nəfər sürücü isə hazırda Nərimanov rayon məhkəməsindədir. Digər 5 nəfər isə şampan partladan və fişəng atanlar da məsuliyyətə cəlb edilib. Həbs edilən sürücülər bir il sürücülük hüququndan məhrum edilməklə 20 sutka azadlıqdan məhrum ediliblər."
Həbs edilən şəxslər Binəqədi rayon sakinləri 90 BV 896 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Bürhanəddin Əliyev, 90 UT 031 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Rəsul Rəsulov, 99 MN 399 dövlət nömrə nişanlı avtomobilin sürücüsü, Qusar rayon sakini Orxan Hacıbalayev, 10 CP 063 dövlət nömrə nişanlı avtomobilin sürücüsü, Abşeron rayon sakini Rəşad Cabbarov, 10 NX 240 dövlət nömrə nişanlı avtomobilin sürücüsü, Cəbrayıl rayon sakini Elməddin Əliyevdir.
Jurnalistlər qarşısında müsahibə verəb sürücülər qısa müddətdə dayandıqlarını bildirməklə məsuliyyətlərini azaltmaq istədilər. Lakin Vaqif əsədov bildirdi ki, cəmi 10 saniyə dayanaraq yolu bağlamaq yüzlərlə sürücünün 25 dəqiqə tıxacda qalmasına səbəb olur. “Təsəvvür edin ki, həmin tıxacda təcili tibbi yardım avtomobili var və sizin bu məsuliyyətsiz hərəkətiniz xəstənin ölümünə səbəb olur.”
Sonda sürücülər onlara verilən cəza ilə razılaşdıqlarını bildirdilər. Qeyd etdilər ki, məsuliyyətsiz və səhv hərəkət ediblər və cəzasını çəkməyə hazırdırlar. Hətta onlardan bir neçəsi digər müraciət edərək digər sürücüləri bu cür halları təkrar etməməyə çağırdılar.
Qeyd edək ki, bir qrup şəxs gecə saatlarında körpünün altında yolu kəsərək şampan partladır, fişəng atır oynayaraq toyu qeyd edirdilər. Nəticədə digər sürücülər tıxacda qalmışdı.
Elməddin
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
























