“Lada”nın istehsalı 40 faiz azalacaq

“AvtoVAZ”ın Tolyattidəki əsas məkanında “Lada” avtomobilləri istehsalının 2025-ci ilin sonuna qədər 40% azalaraq 274 min ədədə düşəcəyi gözlənilir. Avtosfer.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu barədə şəhər dairə şurasının dərc etdiyi materiallarda bildirilir. ”İstehsal planının azalmasını nəzərə alaraq, 2025-ci ildə Tolyatti şəhər dairəsində minik avtomobillərinin buraxılışı 274 min ədəd (2024-cü ildə 456300 ədəd istehsal olunub) olaraq qiymətləndirilir”, - deyə məlumatda bildirilir. Proqnoza görə, mühafizəkar ssenariyə əsasən, 2026-cı ildə şəhər dairəsində avtomobil istehsalı da ildən-ilə təxminən 3,3% (9 min ədəd) azalaraq 265 min avtomobilə qədər düşəcək. Rusiya avtomobil bazarında tələbatın azalması fonunda “AvtoVAZ” sentyabrın sonundan natamam dördgünlük iş həftəsinə keçib. Dördgünlük iş həftəsinin 2026-cı ilin mart ayının sonuna qədər davam edə biləcəyi bildirilir.
Benzin və dizel maşın sürənlərin NƏZƏRİNƏ: XƏBƏRDARLIQ
Saatlarla avtomobildə vaxt keçirənlərə pis xəbər!
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu












