"Lamborghini" rekord gəlir əldə etdi

2025-ci ildə İtaliyanın lüks idman avtomobilləri istehsalçısı "Lamborghini"nin əməliyyat mənfəəti azalıb.
Avtosfer.az şirkətin rəsmi saytına istinadən xəbər verir ki, brendin əməliyyat mənfəəti 2024-cü ildəki 835 milyon avrodan 768 milyon avroya düşüb.
Bu azalmaya, əsasən, ABŞ-nin tətbiq etdiyi rüsumlar, valyuta məzənnələrindəki kəskin dalğalanmalar və tam elektrikli avtomobil istehsalından imtina ilə bağlı yaranan əlavə xərclər təsir göstərib.
Mənfəətin azalmasına baxmayaraq, "Lamborghini"nin ümumi gəliri 2025-ci ildə tarixinin ən yüksək səviyyəsinə çatıb. Belə ki, şirkətin gəliri 3.3% artaraq 3.2 milyard avroya (3.7 milyard dollar) yüksəlib. İl ərzində müştərilərə ümumilikdə 10 747 ədəd avtomobil tədarük edilib.
Qeyd edək ki, avtomobil istehsalçısı ötən il qiymətləri artırsa da, bu addım ABŞ rüsumlarının vurduğu maliyyə zərərini tam kompensasiya etməyə kifayət etməyib.
Benzin və dizel maşın sürənlərin NƏZƏRİNƏ: XƏBƏRDARLIQ
Saatlarla avtomobildə vaxt keçirənlərə pis xəbər!
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu












