LED işıqlar qadağan oluna bilərmi?

LED işıqlar son illərdə kütləviləşib və bir çox istehsalçı bundan istifadə edir. Sürücülər də bu işıqdan razıdır. Halogen faraların işıqlandırma məsafəsi 150 metrdirsə, LED-də bu məsafə 300 metrdir. Həm də işıqlanm keyfiyyəti yüksəkdir. Lakin məsələnin başqa tərəfi də var.
Avtosfer.az xəbər verir ki, bir çox sürücü LED faralı avtomobillərdən şikayət edir. Səbəb qarşıdan gələn avtomobilin gözünü qamaşdırmasıdır. Avropada bir çox sürücü və təşkilat məsələ ilə bağlı Avropa Komissiyasına müraciət edib.
Araşdırma zamanı məlum olub ki, LED faralar qarşıdan gələn sürücülərin gözünü çox güclü qamaşdırır. Tam görmənin bərpa olunması üçün 10 saniyə tələb olunur. Bu müddətdə avtomobil təxminən 140 metr yol qət edir. Belə bir “kor sürüş”ün hansı nəticə doğura biləcəyini söyləməyə bizcə, ehtiyac yoxdur.
Artıq Avropa Komissiyası məsələ ilə çoxsaylı müraciətləri qəbul edib. Müzakirələr 2025-ci ildə başlayacaq və nəticə 2 cür ola bilər: Komissiya ya istehsalçılardan faraların gücünü azaltmağı tələb edəcək, ya da bu faradalrın istehsalı ümumiyyətlə qadağan olunacaq.
Vüqar Yaşaroğlu
Sürücülər bunu bilmir: 20 manat əlavə ödə, 10 min al
Məşhur bloqer oğurlanan superkarını internetdə gördü - Küçədə "drift" edərmiş
8 min manata “Hyundai”, 14 min manata “Prado”...
Avtomobil saxlamaq bahalaşır – Sürücülərin xərcləri artır
Azərbaycana gətirilən bahalı avtomobillərin sayı artdı - Rəqəmlər
“Mercedes” Almaniyaya investisiya qoyuluşunu dayandırır
Azərbaycanda Çinin seçilən markalarına zəmanət veriləcək
Şinlərin təzyiqi: Əksəriyyətin buraxdığı səhvlər
Bu maşınlar ucuzlaşacaq - YENİ QAYDALAR GƏLİR
Vəsiqəsiz şəxslərə avtomobil verənlərə XƏBƏRDARLIQ - VİDEO
Avropa məhkəməsi "MAZ" və "BELAZ"ın iddiasını rədd etdi












