Lizinqlə avtomobil aldı, ikiqat ziyana düşdü - VİDEO

Bakıda bankdan pul götürüb lizinqlə avtomobil alan şəxsin başına iş gəlib. Lizinqlə avtomobil alan şəxs ikiqat ziyana düşüb.
Avtosfer.az-ın məlumatına görə, bank avtomobili vətəndaşdan alıb, amma yerdə qalan pulu da tələb edir.
Xaçmaz sakini Qəhrəman Bağırov deyir ki, 2012-ci ildə lizinq yolu ilə 46 min dollarlıq avtomobil üçün ilkin olaraq 10 min dollar ödəyərək ''Mercedes'' markalı avtomobil alıb. Qalan 36 min dollar pulu isə 5 ilə, yəni 60 aya bölərək ayda 1100 dollar olmaqla müqavilə bağlayıb. Qəhrəman Bağırov 3 il həmin məbləği ödəyib. 2015-ci ildə dolların məzənnəsi dəyişdikdən sonra vətəndaş ödənişi edə bilməyib.
Zərərçəkmişin sözlərinə görə, avtomobili götürdükdən sonra təxminən 52 min dollar pul ödəyib. Ödənişi edə bilmədiyindən bank onu məhkəməyə verib. Nəsimi rayon məhkəməsi vasitəsilə avtomobilə həbs qoyulub, Binəqədi və Xaçmaz rayon məhkəmələrinin icaraçıları vasitəsilə aldığı avtomobil əlindən alınıb. Bundan sonra isə bank yerdə qalan məbləği də tələb edib.
Məsələ ilə bağlı hüquqşünas Anar Ramazanov bildirdi ki, lizinq yolu ilə avtomobil alan şəxs mütləq qaydada bankla bağlayacağı müqavilənin bəndləri ilə tanış olmalıdır. Bundan başqa, bu cür hadisələrdə avtomobil banka verilərkən təhvil aktı ilə rəsmişəldirməlidir. Əks halda vətəndaş haqsız duruma düşə bilər. Hüquqşünas, bankın qalan məbləği tələb etməsinə də aydınlıq gətirdi.
Anar Ramazanov bildirdi ki, zərərçəkmiş qismində olan Qəhrəman Bağırov məhkəməyə müraciət etməlidir. Problem bundan sonra həll edilə bilər.
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












