Lumma Design asılqanında Audi SQ5 – FOTO

Rəsmi surətdə bazara çıxışından sonra Audi SQ5 bir sıra müsbət rəylər alıb. Bununla da o, öz seqmentində yaxşı müasir krossover adı aldı. Avtosfer.az xəbər verir ki, ona baxdıqda bu ada şübhə ilə yanaşmaq mümkün deyil. Bu yolsuzluq avtomobili çox cəld, texnoloji cəhətdən qabaqcıl və dözümlüdür. Xarici görünüş də çox cəlbedicidir. Audi SQ5 yeni asılqan dəsti üçün əla namizəddir. Almaniyanın Lumma Design atelyesinin əməkdaşları vaxtı boş yerə sərf etməyiblər və SQ5 modeli üçün ban dəsti hazırlayıblar. Şübhəsiz, CLR 5S adlı yeni dəst yolsuzluq avtomobili daha dəqiq və aqressiv edib. Dəstə yeni qabaq spoyler, enli qabaq və arxa təkər arkaları, yeni splitter, yan ətəklər, enli arxa önlük, diffuzor, qapı panelləri, qazburaxma sistemi üçün üzərində Lumma loqotipi olan yeni dördkünc borular, müştərilərin istəklərinə uyğun olaraq arxa spoyler əlavəsi daxildir. Bütün hissələr poliuretan plastikdən hazırlanıb. Avtomobilin digər hissələri isə dəyişilməyib: Audi SQ5 6-silindrli, 3,0-litrlik, 350 a.g. və 500 Nm-ə malik TFSI mühərriki ilə təchiz olunub. O, ilk yüzlüyü 5,4 saniyəyə yığır. Yolsuzluq avtomobilinin çəkisini nəzərə alsaq, bu yaxşı göstəricidir.


Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












