«Maserati» və «Galendewagen»i cərimə meydançasına belə apardılar - VİDEO

Ötən həftənin şənbə gününü Bakıda keçirilən reyd zamanı yol polisinin bahalı avtomobilləri saxlaması barədə məlumat vermişdik. Avtosfer.az bildirir ki, saxlanılan avtomobillər arasında daha iki bahalı maşın olub. 10 UM 055 dövlət nömrə nişanlı «Maserati»nin ödənilməmiş cərimələri var idi və səsboğucuya müdaxilə edilmişdi. Bu səbəbdən həmin avtomobilin cərimə meydançasına aparılmasına qərar verildi. Bunun ardınca isə «Azneft» meydanında 10 DV 900 nömrəli «Mercedes – Galendewagen» markalı avtomobil saxlanıldı. Avtomobilə konstruksiya dəyişikliyi edilmiş, əlavə işıqlar quraşdırılmışdı. Bundan əlavə, səsboğucuya da müdaxilə olunduğu üçün «Galik» cərimə meydançasına aparıldı. Avtomobilin sürücüsü məsuliyyətdən yayınmaq üçün atasının adını çəkərək «Emiland» geyim dükanları şəbəkəsinin müdirinin oğlu olduğunu bildirdi. Lakin yol polisləri buna əhəmiyyət verməyərək avtomobili cərimə meydançasına apardılar.
Bundan əlavə, 90 VF 555 nömrəli "Hyundai - Genesis" markalı avtomobil də cərimə meydançasına salınıb. Gördüyünüz fotolar elə cərimə meydançasının qaşısında çəkilib.
Avtosfer.az digər iki avtomobilin cərimə meydançasına aparılmasını əks etdirən videonu təqdim edir:
Elməddin
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı















