Maşın almaq istəyənlərin NƏZƏRİNƏ: Avtomobil bazarında son vəziyyət AÇIQLANDI

Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) may ayı üzrə hesabatına görə, ölkənin avtomobil bazarında qiymət artımının tempi zəifləyib və bazar daha sabit mərhələyə keçib.
Avtosfer.az xəbər verir ki, Palatadan Oxu.Az-a verilən məlumata görə, Azərbaycan avtomobil bazarında qiymət artımının tempi zəifləyib və bazar sabitləşmə mərhələsinə daxil olub.
May ayında avtomobil indeksi 104.1 bənd olub. Bu, 2025-ci ilin dekabrı ilə müqayisədə qiymətlərin 4.1 faiz artdığını göstərir. Lakin aprel ayı ilə müqayisədə indeks 1.6 faiz azalıb.
Təhlillər göstərir ki, bu azalmanın səbəbi avtomobillərin ucuzlaşmasına görə yox, bazarda daha çox aşağı qiymətli avtomobillər satıldığı üçündür. Ən çox satılan modellərin qiymətində isə cəmi 0.73 faiz azalma qeydə alınıb.
May ayında avtomobillərin orta bazar qiyməti 30 470 manat olub, bu isə o deməkdir ki, əvvəlki ayla müqayisədə ciddi dəyişiklik qeydə alınmayıb. Bazarda satılan avtomobillərin yarısından çoxunun qiyməti isə 18 min manat və ya daha aşağı olub. Bu da bazarda qiymətlərin daha balanslı formalaşdığını göstərir.
Hesabat dövründə ikinci əl avtomobillərin bazardakı payı 73 faizə yüksəlib, yeni avtomobillərin payı isə 27 faizə enib. Bu, alıcıların daha münasib qiymətli nəqliyyat vasitələrinə üstünlük verdiyini göstərir.
Avtomobil növləri arasında sedanlar 45.9 faiz payla liderliyini qoruyur. SUV və krossoverlər isə 25.6 faiz payla ən sürətlə inkişaf edən seqment hesab olunur.
AQP-nin məlumatına görə, bazarda satılan avtomobillərin orta yaşı 21.1 il, orta yürüşü isə 257.9 min kilometrdir. Yaş və yüksək istismar səbəbindən avtomobillərin bazar dəyərində orta hesabla 28.1 faiz endirim formalaşır. Ən yüksək dəyər itkisi isə "Ford Transit" modellərində qeydə alınıb.
Eyni zamanda, hibrid və elektrik avtomobillərinə maraq artır. May ayında bu nəqliyyat vasitələrinin bazardakı payı 10.3 faizə yüksəlib. Dizel avtomobillərinin payı isə 15.2 faizə düşüb. Bu dəyişiklik istehlakçıların enerji səmərəli və müasir texnologiyalara üstünlük verməsinin göstəricisi hesab olunur.
May ayında avtomobil satışlarının həcmi 1.5 faiz azalsa da, bu azalma mövsümi amillərlə əlaqələndirilir və bazarın ümumi vəziyyətinə ciddi təsir göstərmir.
Ümumilikdə, 2026-cı ilin may ayında Azərbaycan avtomobil bazarında sabitləşmə və struktur transformasiyası müşahidə olunub.
Qiymətləndiricilər Palatası yay aylarında avtomobil indeksinin 103-106 bənd arasında dəyişəcəyini və bazarda sabit inkişafın davam edəcəyini proqnozlaşdırır.
“Audi” məşhur mühərriklə bağlı fikrini dəyişdi
Keyfiyyətsiz yanacağa görə mühərrik yağları bahalaşır
Avtomobil ehtiyat hissələrinin idxalı azalıb - VİDEO
Azərbaycanın avtomobil hissələrinin idxalına çəkdiyi xərci 13 faiz azalıb
Dizel mühərrikli avtomobillərlə bağlı AÇIQLAMA
Payızdan avtomobillər bahalaşa bilər - AÇIQLAMA
Yay istirahəti başa çatdı - AVTOMOBİLDƏ BUNLARI EDİN
Azərbaycana idxal olunan minik avtomobillərinin sayı niyə azalıb? - AÇIQLAMA - FOTO
Avtonom və tam avtomat idarəetmə: Sürücü məsuliyyətdən azad edilmir
Maşın alarkən sizi belə aldadırlar: Alıcıların çoxu bu detalı görmür
Gürcüstanda avtomobillərə "alkoqol bloklaması" sistemi quraşdırıla bilər










