Maşın almaq istəyənlərin NƏZƏRİNƏ: Bu avtomobil modelləri bahalaşacaq

Azərbaycanda avtomobil istehsalı 30 faizə yaxın azalıb.
Maraqlıdır, bu azalma ölkədə avtomobil bazarındakı qiymətlərə necə təsir göstərə bilər?
Mövzu ilə bağlı açıqlama verən Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası İdarə Heyətinin sədri Eyyub Əliyev bildirib ki, yerli istehsal olunan avtomobillər Çin imodellərilə rəqabətdə geri qalırdı.
Onun sözlərinə görə, istehsalın azalması yaxın gələcəkdə daha innovativ avtomobillərin yığımı ilə bağlı planlarla əlaqələndirilə bilər:
“Yerli sənaye müəssisələrində yığılan avtomobillərin rəqabət qabiliyyətini artırmaq üçün yeni addımlar atılır. İstehsalçılar innovativ, elektrik və hibrid avtomobillərin yığımını planlaşdırırlar. Məhz buna görə də, hazırkı azalma müvəqqəti xarakter daşıya bilər”.
Eyyub Əliyev qeyd edib ki, Çin və digər ölkələrdən paralel idxal yolu ilə gətirilən avtomobillərin ucuz qiymətə təklif olunması yerli istehsalçılar üçün çətin rəqabət mühiti yaradıb:
“Yerli yığım avtomobilləri xüsusilə Çindən gətirilən, aşağı qiymətə satılan modellərlə rəqabətdə uduzur. Bu da bazarda istehsal tempinə və qiymət dinamikasına təsir göstərir”.
Mütəxəssis hesab edir ki, yaxın illərdə yerli avtomobil sənayesinin yeni texnologiyalara əsaslanaraq daha güclü şəkildə bazara qayıtması gözlənilir.(konkret.az)
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir












