Maşın almaq istəyənlərin NƏZƏRİNƏ! - Ucuzlaşma BAŞLAYIR

Azərbaycana gətirilən hibrid mühərrikli avtomobillər və elektromobillər ucuzlaşıb. Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2024-cü ilin sentyabrında ölkəyə idxal edilən bir ədəd hibrid avtomobilin orta qiyməti 25 099 dollar olub. Bu da avqust ayı ilə müqayisədə 2 581 dollar və ya 9,3 faiz, 2023-cü ilin sentyabrına nisbətən isə 6 845 dollar və ya 21,4 faiz ucuzlaşma deməkdir. 2024-cü ilin sentyabrında elektromobillərin orta idxal qiyməti 36 999 dollar təşkil edib ki, bu da bir ay əvvəllə müqayisədə 1 796 dollar və ya 4,6 faiz, 2023-cü ilin eyni ayına nisbətən isə 290 dollar və ya 1 faizə yaxın azdır.
Bəs idxal qiymətlərinin azalması maşın bazarına necə təsir edib?
Avtosfer.az-ın məlumatına görə, bu barədə Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının icraçı direktoru Eyyub Əliyev Redaktor.az-a açıqlamasında bildirdi ki, ölkəyə idxal olunan avtomobillərin sayında azalmalar var, amma dəyər artımı müşahidə olunur:
"Bu, birinci rübdə də, ikinci rübdə də belə oldu. Hibrid və elektrik avtomobillərlə bağlı hansısa ucuzlaşmaların olması isə normal haldır. Çünki ilin sonuna yaxınlaşırıq və istehsalçı şirkətlərdə, distribütorlarda endirimlər başlayır. Bu, tək bizim ölkədə deyil, həm də xarici ölkələrdə, yəni idxalçı ölkələrdə də mövcuddur. İlin sonu avtomobillərin dəyərinin bir qədər aşağı düşməsi, demək olar, tendensiyaya çevrilib".
E.Əliyev qeyd etdi ki, qiymətlərin aşağı düşməsinin maşın bazarına da təsiri var:
"Maşın bazarında qiymətlər nə qədər aşağı olsa, yeni avtomobillər üçün bir o qədər yaxşıdır. Onsuz da hər ilin sonunda rəsmi dilerlər tərəfindən avtomobillərə endirim kampaniyaları keçirilir. Avtomobillərin qiymətləri bazar dəyərindən bir qədər aşağı salınır və satışlar bu yönümdə həyata keçirilir. Əlbəttə ki, nə qədər yeni avtomobillərin qiymətləri ucuzdur, bu, bir o qədər vətəndaşlarımız üçün həmin avtomobillərin əlçatanlığı deməkdir".
5-6 nəfərlə yola çıxan sürücüləri nə gözləyir? - VACİB AÇIQLAMA
W16 mühərrikli “Bugatti”lərin istehsalı dayandırıldı - FOTOLAR
“Niva”nın yeni mühərriklə istehsalı başladı
Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ - Bazarda CİDDİ UCUZLAŞMA - VİDEO
Qaydaları ən çox bu avtomobillərin sürücüləri pozur - SİYAHI
Avtomobildə musiqi dinləmək niyə evdəkindən daha zövqlü hiss olunur?
İkinci əl avtomobillər niyə yenidən bahalaşır?
Sürücüləri narahat edən cəza mexanizmi dəyişir? - AÇIQLAMA
Benzin mühərriklər tarixə qovuşmur: istehsalçılar texnikanı təkmilləşdirir
Yay aylarında avtomobil yanğınları niyə daha çox baş verir? - USTA
Bakıda bu avtomobillərə təlabat azaldı - Qiymətlər enəcək?










