Maşın almaq üçün kredit şərtləri dəyişdirildi – Bank maksimum nə qədər pul verəcək? - YENİ QAYDA

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə kredit risklərinin tənzimlənməsinə prudensial nəzarəti gücləndirir. Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, “Bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə kredit risklərinin tənzimlənməsi haqqında Qaydalar”a əsasən, I dərəcəli kapitalın 10%-dən çox olan məbləğdə təminatsız kreditin və ya I dərəcəli kapitalın 25%-dən çox olan məbləğdə təminatlı kreditin verilməsi riskdir. Bir borcalana və ya bir-biri ilə əlaqədar borcalanlar qrupuna bankın I dərəcəli kapitalının 25%-dən çox olan məbləğdə verilən təminatlı və təminatsız məcmu kreditlər də iri kredit riski hesab olunur. Bankın bir borcalanının avtomobil krediti üzrə kredit riskinin maksimum miqdarı aşağıdakı kimi müəyyən olunur:
kreditin rəsmiləşdirilməsi anında istehsal tarixi bir il və bir ildən az olan avtomobil nəqliyyatı vasitəsinin qiyməti 30 min manatdan artıq olduqda KTN əmsalı (kreditin təminata olan nisbəti) 60%-dən çox olmamalıdır;
kreditin rəsmiləşdirilməsi anında istehsal tarixi bir il və bir ildən az olan avtomobil nəqliyyatı vasitəsinin qiyməti 30 min manat və ya ondan az olduqda KTN əmsalı 50%-dən çox olmamalıdır;
avtomobil nəqliyyatı vasitəsinin qiymətindən asılı olmayaraq, kreditin rəsmiləşdirilməsi anında istehsal tarixi bir ildən çox olan avtomobil nəqliyyatı vasitələri üzrə KTN əmsalı 20%-dən çox olmamalıdır.
Qaydalar 29 dekabr 2018-ci il tarixindən qüvvəyə minəcək.
Jurnalistin kəşf etdiyi, sürücülərin lənətlədiyi ixtira
Azərbaycanda artıq bu maşınların satışı artacaq: YENİ DÖVR BAŞLAYIR
Avropanın ortasında sovet avtomobilləri ekspozisiyası - FOTOLAR
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO










