Maşın bazarında qiymətlər artıb? - EKSPERT AÇIQLADI

Yay mövsümünün sona çatması ilə avtomobil bazarında fəallıq yenidən hiss olunmağa başlayıb. Köhnə və yeni avtomobillərin alqı-satqısında maraq artıb, lakin qiymətlər hələlik stabil qalır. Avtosfer.az-ın məlumatına görə, ”Baku.ws”ə açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, yay mövsümü bitdikdən sonra avtomobillərin qiymətində adətən 5% civarında artım müşahidə olunur. Lakin hazırda bazarda qiymətlər sabitdir, hətta bəzi markaların avtomobillərində təxminən 10% qiymət azalmaları da qeydə alınır.
![]()
Ekspertin sözlərinə görə, bu gün bazarda daha çox hibrid avtomobillərə tələbat var. Xüsusilə mühərrik həcmi 1500-2500 kubsm arasında olan sedan, minikrosover və krosover tipli avtomobillərə maraq böyükdür. Bu tendensiya alıcıların yanacaq sərfiyyatı və ekoloji məsələlərə diqqətinin artması ilə izah olunur.
Eldəniz Cəfərov həmçinin əlavə edib ki, bazarın stabilliyi alqı-satqı prosesində iştirak edən hər kəs üçün əlverişli şərait yaradır və yaxın aylarda hibrid avtomobillərin satışında artım proqnozlaşdırılır.
Sürücülər bunu bilmir: 20 manat əlavə ödə, 10 min al
Məşhur bloqer oğurlanan superkarını internetdə gördü - Küçədə "drift" edərmiş
8 min manata “Hyundai”, 14 min manata “Prado”...
Avtomobil saxlamaq bahalaşır – Sürücülərin xərcləri artır
Azərbaycana gətirilən bahalı avtomobillərin sayı artdı - Rəqəmlər
“Mercedes” Almaniyaya investisiya qoyuluşunu dayandırır
Azərbaycanda Çinin seçilən markalarına zəmanət veriləcək
Şinlərin təzyiqi: Əksəriyyətin buraxdığı səhvlər
Bu maşınlar ucuzlaşacaq - YENİ QAYDALAR GƏLİR
Vəsiqəsiz şəxslərə avtomobil verənlərə XƏBƏRDARLIQ - VİDEO
Avropa məhkəməsi "MAZ" və "BELAZ"ın iddiasını rədd etdi












