Maşın niyə tunelə aşdı? - DYP-dən açıqlama

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Heydər Əliyev prospekti ilə Babək prospektinin kəsişməsində avtomobil körpüdən tunelə aşıb. Avtosfer.az xəbər verir ki, “qafqazinfo”ya hadisənin təfərrüatlarını danışan Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib ki, qəzaya səbəb sürücünün sürət həddini aşması olub: “Kameralardan görünür ki, hadisəyə səbəb Heydər Əliyev prospektindən Yusif Səfərov küçəsi istiqamətində hərəkət edən sürücünün nisbətən sürət həddini aşmasıdır. Bu səbəbdən sürücü Yusif Səfərov küçəsinə dönərkən idarəetməni itirib və “KIA Rio” markalı avtomobil tunelə düşüb. Xoşbəxtlikdən həmin ərəfədə ərazidə başqa maşın olmayıb”. V. Əsədovon sözlərinə görə avtomobildə iki nəfər olub. Onlardan biri xəsarət alıb, digərinin vəziyyəti isə qənaətbəxşdir. Hadisə ilə əlaqədar Xətai Rayon Polis İdarəsində araşdırma aparılır. Hazırda yolda hərəkət tam bərpa olunub.
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












