Maşında etdiyiniz belə dəyişikliklər onun qiymətini ucuzlaşdıra bilər – SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

Avtomobilinizə texniki qulluq göstərmək vacib olsa da bəzən edilən bəzi əlavələr və dəyişikliklər maşının dəyərini artırmaq əvəzinə, əksinə, onun bazar qiymətinin sürətlə düşməsinə səbəb olur.
Avtosfer.az xəbər verir ki, avtomobillərin dəyərsizləşməsi (amortizasiya) ilk illərdə sürətlə baş verir və hətta qayğı ilə baxılan avtomobillərdə belə bu proses qaçılmazdır. “Kelley Blue Book”un məlumatına görə, yeni alınmış bir avtomobil ilk 5 ildə dəyərinin təxminən 60%-ni itirir. Buna baxmayaraq, bəzi yanlış düşünülmüş dəyişikliklər bu itkini daha da sürətləndirir və sahibinə maddi ziyan gətirir.
Avtomobil ekspertləri bildirirlər ki, xüsusən qeyri-peşəkar şəkildə quraşdırılmış lift dəstləri — avtomobilin qaldırılması və ya endirilməsi — mexaniki hissələrə və ötürücü xəttə zərər verə bilər. Mütəxəssis Melanie Musson qeyd edir ki, bu cür dəyişikliklər asqı sisteminə artıq yük salır, təhlükəsizliyi azaldır və nəticədə avtomobilin bazar dəyərini aşağı salır. Üstəlik, belə modifikasiyaların sonradan sökülməsi və avtomobili əvvəlki vəziyyətə qaytarmaq da bahalı prosedurdur.
Digər tərəfdən, keyfiyyətsiz və ya fərdi zövqlə seçilmiş boya işləri də avtomobilin dəyərini nəzərəçarpacaq dərəcədə azaldır. Ekspert Ruth Calkins bildirir ki, zəif boya keyfiyyəti, cızıqlar və qeyri-peşəkar rəng seçimi avtomobili həm ucuz, həm də baxımsız kimi göstərir. Mütəxəssislər vurğulayırlar ki, boya yenilənəcəksə, yalnız peşəkar servislərdə və mümkün qədər zavod rənginə uyğun şəkildə edilməlidir.
Avtomobil sahiblərini dəyər itkisinə aparan digər mühüm məqam isə sonradan quraşdırılan lyuklardır. Fabrik konfiqurasiyasından kənar tavan pəncərələrinin əlavə olunması potensial alıcılar üçün təhlükəsizlik riski kimi görünür. Melanie Musson qeyd edir ki, belə lyuklar çox vaxt sızma, elektron nasazlıqlar və konstruktiv problemlər yaradır. Bu səbəbdən də nəinki üstünlük hesab edilmir, əksinə, avtomobilin satış şansını aşağı salır.
Avtomobilin daxili görünüşü də qiymətə birbaşa təsir edən amillərdən biridir. Köhnəlmiş, cırıq, ləkəli və ya pis qoxulu salon avtomobilin dərhal dəyərdən düşməsinə səbəb olur. Ruth Calkins bildirir ki, xüsusilə siqaret qoxusu avtomobilin yenidən satış dəyərini kəskin şəkildə aşağı salan əsas səbəblərdəndir. Mütəxəssislər bunun qarşısını sadə üsullarla — oturacaq örtüklərindən istifadə, müntəzəm təmizlik və avtomobil daxilində siqaret çəkməmək — ilə almağın mümkün olduğunu vurğulayırlar.
Ekspertlərin ümumi fikrinə görə, avtomobilə edilən hər dəyişiklik dəyər artırmır. Əksinə, bir çox halda həmin müdaxilələr avtomobilin bazar qiymətini aşağı salır. Bu səbəbdən mütəxəssislər avtomobil alıcılarının və sahiblərinin dəyişiklik etməzdən əvvəl nəticələri diqqətlə düşünmələrini tövsiyə edirlər.
Eltac Zülfüqaroğlu
İkinci əl avtomobillər niyə yenidən bahalaşır?
Sürücüləri narahat edən cəza mexanizmi dəyişir? - AÇIQLAMA
Benzin mühərriklər tarixə qovuşmur: istehsalçılar texnikanı təkmilləşdirir
Yay aylarında avtomobil yanğınları niyə daha çox baş verir? - USTA
Bakıda bu avtomobillərə təlabat azaldı - Qiymətlər enəcək?
Minlərlə avtomobil təcili servislərə geri çağrılır - Yanğın riski var
Çin avtomobilləri ilə bağlı gizli problem üzə çıxdı: Ən böyük risk...
Azərbaycanda avtomobillərin rəqəmsal pasportlaşdırılması təklif olunur
İki il əvvəl istehsal olunmuş "BYD" və "Changan"lar utilizasiyaya verildi - SƏBƏB bu imiş...
Rəsmi qurumlardan sürücülərə ciddi xəbərdarlıq: Bu avtomobillər qəfil yana bilər
Quşlar niyə özlərini avtomobil təkərlərinin altına atırlar? - ŞOK SƏBƏB










