Maşından gələn təhlükəli səslər: Nə vaxt hərəkəti dayandırmaq lazımdır?

Avtomobildə yaranan kənar səslər əksər hallarda hər hansı bir nasazlığın göstəricisidir. Bu, detalların aşınması, boşalması, həddindən artıq qızması və ya bir-birinə toxunmamalı olan hissələrin sürtünməsi ilə bağlı ola bilər. Sürücü üçün ən vacib məsələ təmir mərkəzinə qədər ehtiyatla getməyin, yoxsa hərəkəti dərhal dayandıraraq evakuator çağırmağın daha doğru olduğunu müəyyən etməkdir.
Avtosfer.az rg.ru-ya istinadən xəbər verir ki, bu barədə rusiyalı avtomobil eksperti Nikita Arxipov danışıb.
Ekspertin sözlərinə görə, səs-küyün hansı məqamda yarandığını müəyyən etmək çox önəmlidir:
- Mühərrik dövriyyəsi ilə əlaqəli səslər: Motor, kəmərlər, roliklər, generator və digər asma avadanlıqlar yoxlanılmalıdır.
- Sürətlə artan səslər: Təkər topunun yastıqlarına, şinlərə, əyləc sisteminə, sürətlər qutusuna və ya reduktora diqqət yetirmək lazımdır.
- Nahamar yollarda yaranan tıqqıltı: Əsasən asqı sistemində, sükan idarəetməsində və ya bərkidici elementlərdə problem olduğundan xəbər verir.
Xırıltı, mühərrikdən gələn güclü metal döyüntüsü, yanmış rezin qoxusu ilə müşayiət olunan davamlı fit səsi, sükanı çevirərkən yaranan xırtıltı və sürətləndikcə artan uğultu daxildir. Bu səslər əyləc sisteminin aşınması, yağ çatışmazlığı, kəmər, şarnir (SQŞ), yastıq və ya transmissiya ilə bağlı ciddi problemlərdən xəbər verə bilər.
Əgər səs zəifdirsə və avtomobilin kənara çəkməsi, dartınma, yağ təzyiqinin düşməsi, salonda qaz qoxusu və ya təkərlərin vəziyyətində dəyişiklik kimi hallar müşahidə olunmursa, ehtiyatla servisə qədər getmək mümkündür. Lakin güclü tıqqıltı, qızma, idarəetmənin itirilməsi, kəskin xırtıltı və ya işlənmiş qazların iyi hiss edilərsə, hərəkəti dərhal dayandırmaq məsləhətdir.
Mütəxəssis əlavə edib ki, problemi ustaya dəqiq izah etmək üçün səsi videoya çəkmək və onun yarandığı şərtləri (soyuq və ya isti mühərrik, sürət, ötürmə, əyləcləmə, döngə, çuxur) qeyd etmək çox faydalıdır.
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












