Maşını bahalı təmirdən necə qorumaq olar: Avtomobilin sıradan çıxacağının 5 əlaməti

Asqıdan gələn kənar səslər və ya yanacaq sərfiyyatının artması - bunlar avtomobilin yaxın zamanda sına biləcəyinin qaçılmaz əlamətləridir.
Avtosfer.az-ın gazeta.ru-ya istinadla verdiyi məlumata görə, bu barədə rusiyalı avtomobil mütəxəssisi Pavel Konstantinov xəbərdarlıq edib.
Ekspertin sözlərinə görə, avtomobildə bəzi dəyişikliklər nasazlığın yaxınlaşdığını göstərə bilər. O, bəzi əlamətlərə diqqət yetirməyi tövsiyə edir:
1. Yad səslər - Tormoz zamanı gələn cırıltı səsləri tormoz disklərində problem olduğunu göstərə bilər. Kapot altından gələn fit səsi isə ötürücü kəmərin nasazlığından xəbər verir. Mühərrikdəki döyüntü isə piston qrupunun aşınmasına işarə edə bilər.
2. Yanacaq sərfiyyatının artması - Əgər maşın əvvəlkindən çox yanacaq sərf edirsə, bu, yanacaq püskürtmə sistemində və ya oksigen sensorunda nasazlıq ola biləcəyini göstərir. Həmçinin alışdırma şamlarının köhnəlməsi də buna səbəb olur.
3. Tüstünün rəngi dəyişibsə - Normalda maşınlardan çıxan tüstü açıq boz olur. Əgər tüstü qaralırsa, bu, artıq yanacaq yandığını göstərir. Göyümtül tüstü - mühərrik yağının yanmasını, ağ tüstü isə antifrizin silindrlərə sızmasını bildirə bilər.
4. Sükanda titrəmə və ya maşının bir tərəfə çəkilməsi - Bu əlamətlər sükan sistemi, asqı və ya tormoz mexanizmlərində nasazlıq olduğunu göstərə bilər.
5. Mühərrikin qeyri-stabil işi - Əgər mühərrikin silindrləri tam işləmirsə) təcili şəkildə alışma və yanacaq sistemləri yoxlanmalı, mühərrikin sıxılması (kompressiya) ölçülməlidir.
Bu əlamətlərə diqqət yetirməklə bahalı təmirin qarşısını almaq mümkündür.(oxu.az)
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?












