Maşınını həyətdə yuyanlar cərimə olunacaq?

Yay aylarında çoxmənzilli binaların həyətlərində avtomobil və ya xalça yuyulması tez-tez müşahidə olunur. Azərbaycan qanunvericiliyində bu hərəkətləri birbaşa qadağan edən ayrıca norma olmasa da, bu, onların istənilən yerdə və istənilən qaydada həyata keçirilə biləcəyi anlamına gəlmir. Vəziyyətdən asılı olaraq müxtəlif hüquqi tələblər tətbiq oluna bilər.
Avtosfer.az xəbər verir ki, avtomobil və xalça yuyularkən yaranan çirkab sularının torpağa axıdılması ekoloji risk yaradır.
Avtomobil yuyulması zamanı suya yuyucu vasitələrlə yanaşı, mühərrik yağı, yanacaq qalıqları, əyləc və təkər aşınmasından yaranan hissəciklər, eləcə də digər çirkləndiricilər qarışa bilər. Xalça yuyulduqda isə yuyucu maddələr, toz və kir su ilə birlikdə torpağa düşür.
Ancaq bu halların hər biri avtomatik olaraq torpağın hüquqi baxımdan çirkləndirilməsi hesab edilmir. Məsuliyyət yalnız torpağın həqiqətən çirkləndirildiyi müəyyən edildikdə yaranır.
İnzibati Xətalar Məcəlləsinə əsasən, torpağın tullantılar, kimyəvi maddələr və ya çirkab suları ilə çirkləndirilməsi fiziki şəxslər üçün 500-800 manat, vəzifəli şəxslər üçün 2 000-2 500 manat, hüquqi şəxslər üçün isə 7 500-10 000manat məbləğində cərimə ilə nəticələnə bilər.// milli.az
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir












