“Mercedes-Benz” şirkətinin mənfəəti 70 faiz azaldı

“Mercedes-Benz” şirkəti bu ilin üçüncü rübündə mənfəətinin əhəmiyyətli dərəcədə azaldığını açıqlayıb.
Avtosfer.az “Spiegel” nəşrinə istinadla xəbər verir ki, şirkətin operativ mənfəəti iyul-sentyabr aylarında ötən ilin eyni dövrü ilə müqayisədə 70 faiz azalaraq 750 milyon avro təşkil edib.
Ümumi mənfəət 30 faiz azalaraq 1,2 milyard avro, dövriyyə isə 7 faiz azalaraq 32,1 milyard avro olub. Gəlirlərdəki geriləməyə Çində satışların azalması, ABŞ-ın idxal rüsumlarını artırması və səmərəlilik tədbirləri ilə bağlı əlavə xərclər təsir göstərib.
“Mercedes” üçüncü rübdə 525,3 min avtomobil satıb ki, bu da ötən ilin eyni rübü ilə müqayisədə 12 faiz azdır. Cari ilin ilk doqquz ayında ümumi satış həcmi 9 faiz azalaraq 1,6 milyon avtomobilə düşüb.
Şirkət istehsal xərclərinin və sabit xərclərin 2027-ci ilədək 10 faiz azaldılmasını planlaşdırır. Çin və ABŞ bazarlarında tələbatın zəifləməsi, Avropada iqtisadi durğunluq və çip tədarükündəki risklər şirkətin satış göstəricilərinə əlavə təzyiq yaradır.(azərtac)
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












