Mərkəzi Bankın 100 min manatlıq maşını satışa çıxarılır

Azərbaycan Mərkəzi Bankının (AMB) balansında olan nəqliyyat vasitələri dekabrın 25-də hərraca çıxarılacaq.
Avtosfer.az xəbər verir ki, hərracda müxtəlif markalı minik avtomobillərindən tutmuş xüsusi təyinatlı nəqliyyat vasitələrinə qədər ümumilikdə 22 avtomobil satışa təqdim ediləcək.
Satışa çıxarılan nəqliyyat vasitələri arasında "Mercedes-Benz S500", "Lexus LX 570", "BMW 740 LI", "Hyundai Sonata", "Hyundai Equus", "Honda Accord", "Toyota Camry", "KIA Cerato", "GMC Yukon Denali" və digər modellər yer alır. Avtomobillərin start hərrac qiymətləri 3 800-10 2681.7 manat aralığında dəyişir.
AMB-nin balansından satışa çıxarılan nəqliyyat vasitələrindən bəzilərinin start qiymətləri daha yüksək maraq doğurur. Məsələn, 2016-cı il istehsalı olan "Lexus LX 570" 102 min 681.7 manat start qiyməti ilə təqdim olunur. 2013-cü il istehsalı "Mercedes-Benz S500" avtomobili üçün start qiyməti 35 min 368.5 manatdır. Bundan əlavə, 2013-cü il istehsalı "GMC Yukon Denali" 30 min manat start qiyməti ilə hərraca çıxarılır.
Sürücülər bunu bilmir: 20 manat əlavə ödə, 10 min al
Məşhur bloqer oğurlanan superkarını internetdə gördü - Küçədə "drift" edərmiş
8 min manata “Hyundai”, 14 min manata “Prado”...
Avtomobil saxlamaq bahalaşır – Sürücülərin xərcləri artır
Azərbaycana gətirilən bahalı avtomobillərin sayı artdı - Rəqəmlər
“Mercedes” Almaniyaya investisiya qoyuluşunu dayandırır
Azərbaycanda Çinin seçilən markalarına zəmanət veriləcək
Şinlərin təzyiqi: Əksəriyyətin buraxdığı səhvlər
Bu maşınlar ucuzlaşacaq - YENİ QAYDALAR GƏLİR
Vəsiqəsiz şəxslərə avtomobil verənlərə XƏBƏRDARLIQ - VİDEO
Avropa məhkəməsi "MAZ" və "BELAZ"ın iddiasını rədd etdi












