Metan qaz sistemi quraşdırılan avtomobillərin sayı artır - VİDEO

Son zamanlar ölkəmizdə metan qaz sistemi quraşdırılan avtomobillərin sayı sürətlə artır. Buna səbəb metan qazının propana nisbətən ucuz olması eyni miqdarda yanacaqla daha çox yol qət etməyin mümkünlüyüdür. Belə ki, 5 manatlıq metan qazı ilə hətta 190 kilometr yol qət etmək mümkündür.
Həm qiyməti ucuzdur, həm də bu növ yanacaqla daha çox yol qət etmək olur. Söhbət son zamanlar ölkəmizdə avtomobillərə quraşdırılması geniş yayılan metan qazından gedir. Bu növ qazın, propan qazdan əsas fərqi daha qənaətcil olmasıdır. Üstəlik, propan qazının litri 40 qəpiyə satıldıgı halda, metan qazının kubu 35 qəpiyə satılır.
Ustalar bu sistemin daha təhlükəsiz olduğunu bildirirlər.
Avtosfer.az xəbər verir ki, metan qazının avtomobillərə quraşdırılmasının qiyməti isə propan qazdan elə də fərqlənmir. Yəni bu sistemin 4 silindirli avtomobillərə quraşdırılması 1250 manat, 6 silindirli avtomobillərə quraşdırılması isə 1350 manat, 8 silindirli avtomobillər quraşdırılamsı isə 1450 manata başa gəlir. Üstəlik, bu sistemi dizel mühərrikli maşınlarada quraşdırmaq da mümkündür.
Metan qazın yegənə mənfi cəhəti yanacaq doldurma məntəqələrinin az olmasıdır.
Qeyd edək ki, paytaxt yollarında hərəkət edən müasir avtobuslar da metan qazı ilə işləyir.
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












