Minlərlə manat xərcləyirsiniz, amma sahibi siz olmursunuz - Hüquqi riskləri açıqlandı

Avtoxəbər 16 Sentyabr 2026 17:39
Minlərlə manat xərcləyirsiniz, amma sahibi siz olmursunuz - Hüquqi riskləri açıqlandı
WhatsApp kanalımıza abunə olun

Azərbaycan avtomobil bazarında 2026-cı ilin avqust ayında qiymətlərin aşağı istiqamətdə zəif korreksiyası davam edib. Azərbaycan Qiymətləndiricilər Palatasının məlumatına görə, ay ərzində avtomobillərin median təklif qiyməti 16 800 manat, orta qiyməti isə 23 108 manat olub. Dəyişən struktur avtomobil indeksi 1,2% azalaraq 97,1-ə düşsə də, avtomobillərin marka, model, yaş və yürüş strukturu nəzərə alınaraq hesablanan sabit struktur indeksində azalma 0,6% təşkil edib. AQP bildirir ki, bu göstərici bazarda genişmiqyaslı ucuzlaşmanın olmadığını göstərir. Təhlilə əsasən, avtomobilin qiymətinə yaş, yürüş, marka-model, transmissiya və texniki vəziyyət kimi amillər ciddi təsir edir; xüsusilə əlavə hər 1 000 km yürüş qiyməti orta hesabla 0,026%, əlavə bir istismar ili isə təxminən 6% azaldır. Avqustda ən çox “Mercedes”, “Hyundai”, LADA (VAZ), “Kia” və “Chevrolet” markalı avtomobillər təklif olunub.

Avtomobil alarkən bir çox şəxs nəqliyyat vasitəsini öz adına rəsmiləşdirmədən, etibarnamə əsasında idarə edir. Belə hallarda şəxsin avtomobili faktiki olaraq aldığını hansı meyarlar əsasında müəyyən etmək mümkündür?

Avtosfer.az-ın məlumatına görə, avtomobil üzrə mütəxəssis Elməddin Novruzov Demokrat.az-a açıqlamasında bildirib ki, belə hallarda şəxsin avtomobili faktiki olaraq satın aldığını hər hansı başqa əsasla müəyyən etmək mümkün deyil.

Onun sözlərinə görə, avtomobilin kimə məxsus olduğunun hüquqi baxımdan təsdiqlənməsi üçün nəqliyyat vasitəsi rəsmi qaydada həmin şəxsin adına keçirilməli və alqı-satqı münasibətlərini təsdiq edən müvafiq sənəd, yəni alqı-satqı müqaviləsi olmalıdır:

“Şəxs avtomobili etibarnamə əsasında idarə edir və ya ondan faktiki istifadə edirsə, bu hal avtomobilin onun tərəfindən satın alındığını avtomatik olaraq təsdiq etmir. Çünki etibarnamə mülkiyyət hüququnu yaratmır və nəqliyyat vasitəsinin sahibinin dəyişdiyini göstərən sənəd hesab olunmur. Bu səbəbdən avtomobilin faktiki olaraq kim tərəfindən alındığının müəyyən edilməsi üçün əsas meyar onun rəsmi qeydiyyatı və alqı-satqı müqaviləsinin mövcudluğudur”.

Mütəxəssis əlavə edib ki, yəni avtomobil bir şəxsin istifadəsində olsa, hətta həmin şəxs avtomobilə görə ödəniş etdiyini bildirsə belə, nəqliyyat vasitəsi rəsmi şəkildə onun adına keçirilməyibsə və bunu təsdiq edən alqı-satqı müqaviləsi yoxdursa, hüquqi baxımdan həmin şəxsin avtomobili aldığı barədə qəti nəticəyə gəlmək mümkün deyil.
 

Oxunub : 52
ŞƏRH YAZ
Ad

E-mail

Şərh