Narkoman sürücünün idarə etdiyi avtomobillə bağlı gözlənilməz qərar

Britaniyada məhkəmə narkoman sürücünün idarə etdiyi avtomobilin utilizasiyaya verilməsinə dair qərar çıxarıb.
Avtosfer.az “xəbər verir ki, ötən il polis “saxla” əmrinə tabe olmayan BMW markalı avtomobili təqib edib. Bu zaman sürücü yüksək sürətlə təqibdən qaçmağa çalışsa da, buna nail ola bilməyib.
Saxlanılan zaman məlum olub ki, avtomobil başqasınındır. Saxlanan şəxs narkotik vasitənin təsiri altıbndadır, sürücülük vəsiqəsi yoxdur, avtomobilin sığortası yoxdur. Buna görə də qayda pozan şəxs hakim qarşısına çıxarılıb.
Məhkəmənin ilk iclasında təqibə görə böyük kompensasiya tələb edən cavabdeh sonradan yumşalıb. O, hakimlərə bildirib ki, maşını yüksək sürətlə idarə etdiyi üçün təkərlər sıradan çıxıb. İndi yalnız təkər pulu ilə qənaətlənir.
Məhkəmənin qərarı isə gözlənilməz olub. Polisə avtomobili 14 gün ərzində məhv etməklə bağlı icrası məcburi göstəriş verilib. Bu zaman avtomobil sahibinin şəxsiyyəti nəzərə alınmır.
Qeyd edək ki, bəzi Avropa ölkələrində ciddi qayda pozuntuları zamanı (xüsusən də avtoxuliqanlıq) ucuz qiymətli və köhnə avtomobillər müsadirə edilərək utilizasiyaya göndərilir. Avropalı hüquqşünasların məsələyə yanaşması belədir: inzibati xəta predmeti yoxdursa, xəta törətmək də mümkün deyil.
Vüqar Yaşaroğlu
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir












