Nazir müavinindən “NAZ-Lifan”ın fəaliyyəti ilə bağlı AÇIQLAMA

"Azərmaş" Avtomobil Zavodunda yarandığı gündən bəri yüzlərlə maşın istehsal edilib. Avtosfer.az xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov bildirib. Onun sözlərinə görə, istehlakçılar avtomobildən məmnundurlar və şikayət yoxdur: "Azərbaycanda belə bir zavodun qurulması iqtisadi əməkdaşlıq etdiyimiz bir sıra ölkələr üçün də gözlənilməz oldu. Yaxın zamanlarda 10-a yaxın maşın Nazirlik tərəfindən alınacaq. Həmçinin Vergilər Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu maşınlar alınıb. İnsanların tələbatını bu avtomobil ödəməsə, alınmazdı". O, eyni zamanda Naxçıvan Avtomobil Zavodunun ( “NAZ-Lifan”) fəaliyyətinin dayandırılması ilə bağlı məsələlərə münasibət bildirib: "Onlar öz işlərinə davam etdirirlər. Hazırda müəyyən çətinliklər yaransa da, düşünmürəm ki, “NAZ-Lifan” fəaliyyətini tamamilə dayandıracaq. Bilirsininiz, "Azərmarş"da investisiyanı özəl şirkət yatırıb. O da bazarın tələbatını bilmədən maşın istehsal etməz".
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












