Nazirliyin avtomobilləri 1 000 manatdan satışa çıxarılır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansında olan bir sıra nəqliyyat vasitələri 7 aprel tarixində açıq hərracda satışa çıxarılacaq. Ümumilikdə 28 nəqliyyat vasitəsinin təqdim olunacağı hərracda minik, yük və xüsusi təyinatlı avtomobillərlə yanaşı, mikroavtobus və avtobuslar da satışa çıxarılır.
Avtosfer.az xəbər verir ki, avtomobillər müxtəlif markalara məxsusdur və əsasən 1989-2010-cu illər arasında istehsal olunub.
Təqdim olunan nəqliyyat vasitələri arasında daha çox diqqət çəkən modellər "Chevrolet Niva", "Chevrolet Aveo", "VAZ-2106", "VAZ-21060", "VAZ-21065", "VAZ-21074", "Mercedes-Benz E240", "Hyundai Elantra", "QAZ 3102", "Range Rover Defender", "UAZ 3303", "ZİL 431411", "ZİL 431412", "Mitsubishi Roza" və "Mitsubishi L300"dür.
Minik avtomobilləri kateqoriyasında təqdim olunan "Chevrolet Niva" modelləri 3 500 manata, "Chevrolet Aveo" avtomobilləri isə 5 200 manata satışa çıxarılır. 2001-ci il istehsalı "Mercedes-Benz E240" modelinə 7 000 manat start qiyməti müəyyən olunub. Daha aşağı büdcəli seçimlər arasında 1998-2001-ci illərə aid "VAZ" seriyalı avtomobillər üstünlük təşkil edir. Bu avtomobillərin qiymətləri əsasən 1 500-2 000 manat aralığındadır.
Avtobus və mikroavtobus kateqoriyasında 1995-ci il istehsalı olan iki "Mitsubishi Roza" avtobusu 1 200 manat start qiyməti ilə satışa çıxarılır. Bundan əlavə, yük-sərnişin və təcili yardım təyinatlı "Mitsubishi L300" modelləri də 4 000 manata təklif olunur.
Yük və xüsusi təyinatlı nəqliyyat vasitələri arasında "UAZ 3303" və "ZİL 431411/431412" modelləri yer alır. 1989-1990-cı il buraxılışlı bu xüsusi təyinatlı avtomobillərin qiymətləri 1 500-3 500 manat arasında dəyişir.
Satışa çıxarılan "Range Rover Defender" və "Mitsubishi L300" modellərinin xüsusi təcili yardım təyinatlı versiyaları da siyahıya daxildir./Valyuta.az
Avtomobil ehtiyat hissələrinin idxalı azalıb - VİDEO
Azərbaycanın avtomobil hissələrinin idxalına çəkdiyi xərci 13 faiz azalıb
Dizel mühərrikli avtomobillərlə bağlı AÇIQLAMA
Payızdan avtomobillər bahalaşa bilər - AÇIQLAMA
Yay istirahəti başa çatdı - AVTOMOBİLDƏ BUNLARI EDİN
Azərbaycana idxal olunan minik avtomobillərinin sayı niyə azalıb? - AÇIQLAMA - FOTO
Avtonom və tam avtomat idarəetmə: Sürücü məsuliyyətdən azad edilmir
Maşın alarkən sizi belə aldadırlar: Alıcıların çoxu bu detalı görmür
Gürcüstanda avtomobillərə "alkoqol bloklaması" sistemi quraşdırıla bilər
Şinlərin təzyiqi öz-özünə arta bilərmi?
Avtomobilə qaz balonu quraşdırmaq hansı halda təhlükəli ola bilər? - AÇIQLAMA










