"Nissan" Avropadakı işçilərinin sayını azaldacaq

Yaponiyanın avtomobil istehsalçısı olan "Nissan Motor" şirkəti Avropadakı işçilərinin təxminən 10%-ni ixtisar etməyi planlaşdırır. Hazırda regionda şirkətin 9 300-ə yaxın əməkdaşı fəaliyyət göstərir.
Avtosfer.az xəbər verir ki, bu barədə "Financial Times" (FT) nəşri məlumat yayıb.
Məlumata görə, "Nissan" Böyük Britaniya, Fransa və İspaniyada çalışan 900 ofis əməkdaşını işdən çıxarmaq niyyətində olduğu barədə personalı xəbərdar edib. Eyni zamanda, şirkətin Sanderlenddəki (Böyük Britaniya) zavodunda iki istehsal xəttini birləşdirmək planları da məlum olub. Bundan əlavə, hazırda təxminən 50% yüklənmə ilə işləyən həmin zavodun boş qalan istehsal güclərinin istifadəyə verilməsi məqsədilə Çinin "Chery" və digər potensial tərəfdaşlarla danışıqlar aparılır.
FT-nin sorğusuna cavab olaraq, "Nissan" məsələni şərh etməkdən imtina edib. Lakin şirkətdən bildirilib ki, istehsal güclərindən maksimum istifadə etmək və gəlirli rəqabəti təmin etmək üçün üçüncü tərəflərlə əməkdaşlıq imkanları öyrənilir.
Sürücülər bunu bilmir: 20 manat əlavə ödə, 10 min al
Məşhur bloqer oğurlanan superkarını internetdə gördü - Küçədə "drift" edərmiş
8 min manata “Hyundai”, 14 min manata “Prado”...
Avtomobil saxlamaq bahalaşır – Sürücülərin xərcləri artır
Azərbaycana gətirilən bahalı avtomobillərin sayı artdı - Rəqəmlər
“Mercedes” Almaniyaya investisiya qoyuluşunu dayandırır
Azərbaycanda Çinin seçilən markalarına zəmanət veriləcək
Şinlərin təzyiqi: Əksəriyyətin buraxdığı səhvlər
Bu maşınlar ucuzlaşacaq - YENİ QAYDALAR GƏLİR
Vəsiqəsiz şəxslərə avtomobil verənlərə XƏBƏRDARLIQ - VİDEO
Avropa məhkəməsi "MAZ" və "BELAZ"ın iddiasını rədd etdi












