"Nissan" daha maşın satmayacaq?

Avtoxəbər 3 Dekabr 2024 13:06 Oxunub 222
"Nissan"  daha maşın satmayacaq?
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Aşağı avtomobil satışları fonunda “Nissan Motor Corporation” ABŞ-də istehsalı 17 faiz azaltmaq qərarına gəlib.

Avtosfer.az ajans.az-a istinadən xəbər verir ki, yaxın həftələrdə ABŞ-dəki iki Nissan avtomobil zavodunda - Tennessi və Missisipi ştatlarında geniş miqyaslı ixtisarlar gözlənilir. Şirkət keçən həftə 1000 işçi ilə ilin sonuna qədər erkən təqaüdə çıxmalarına icazə vermək üçün razılığa gəldiyini açıqlayıb.

Aprel ayından etibarən Nissanın ABŞ-dəkı istehsal müəssisələri dörd günlük iş, üç günlük istirahət qrafikindədir. Bununla belə, satışların azalması davam edib və şirkət qəbul edilmiş antiböhran planı ilə ilkin olaraq planlaşdırıldığından daha radikal şəkildə xərcləri azaltmaq zərurəti ilə üzləşib.

Maliyyə vəziyyətini sabitləşdirmək üçün Nissan ABŞ-dən kənarda, əsasən də Avropadakı iki zavodda 9000 işçini və ya ümumi işçi qüvvəsinin 15%-ni ixtisar edəcək. Bundan əlavə, şirkət “Mitsubishi Motors”dakı kapitalının bir hissəsini (adi səhmlərinin 10%-ni) satacaq.

Financial Times-a görə, Nissan ümidsiz şəkildə Renault-nu əvəz edəcək strateji investor axtarır. 12-14 ay ərzində tapılmasa, şirkət maliyyə cəhətdən müflis olmaq riski daşıyır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh