"Nissan" "Renault" ilə ittifaqı yenidən nəzərdən keçirəcək

"Nissan" konserni sabiq rəhbəri Karlos Qonun həbsindən sonra Fransanın avtomobil istehsalçısı "Renault" ilə alyansı yenidən nəzərdən keçirə bilər. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə əməkdaşlarla iclasda Yaponiyanın nəhəng avtomobil konserninin baş direktoru Hiroto Saikava bildirib. Qeyd olunur ki, Saikava iclasda "Nissan" ilə "Renault" arasındakı münasibətləri "qeyri-bərabər" adlanıdırıb. Əlavə edək ki, "Renault" "Nissan" şirkətinin səhmlərinin 43,4%-nə sahibdirsə, Yaponiya şirkətinin Fransa müəssisəsindəki pay faizi cəmi 15-dir, üstəlik, "Nissan"ın səsvermə hüququ yoxdur. Daha əvvəl "Nissan" şirkətinin Karlos Qonu direktorlar şurasının sədri, eləcə də direktor-nümayəndə vəzifəsindən uzaqlaşdırdığı bildirilib. Bu qərar Qonun maliyyə fırıldaqçılığında şübhəli bilinərək həbs edilməsi fonunda qəbul edilib. İstintaq top-meneceri vergidən yayınmaq üçün vergi bəyannamələrində maaşının miqdarını qəsdən aşağı göstərməkdə şübhəli bilir.
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












