“Nissan” şirkəti yeni lider axtarır

Yaponiyanın tanınmış avtomobil istehsalçısı “Nissan” şirkəti direktorlar şurasının sədri Karlos Qonun ötən ayın sonunda vəzifəsindən kənarlaşdırılmasından sonra yeni rəhbər axtarışlarına başlayıb. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, direktorlar şurasının noyabrda keçirilən iclasında şirkətin üç xarici direktorunun namizədlərini irəli sürməsi barədə qərar qəbul edilib. “Nissan”nın tərəfdaşı olan “Renault” şirkətinin nümayəndəsinin də daxil olduğu şuranın sonradan həmin namizədləri müzakirə edəcəyi bildirilir. Xatırladaq ki, “Renault” yapon şirkətinin səhmlərinin böyük bir qisminə sahibdir. Fransız şirkəti “Nissan” üçün yeni sədrin seçilməsində müvafiq hüquqa malik olduğunu bəyan edib. Buna əsas kimi iki şirkət arasında 19 il əvvəl “Nissan” ağır maliyyə böhranı ilə üzləşdiyi vaxt əldə edilən razılaşma göstərilir. Fransız şirkəti bəyan edib ki, “Reanault”nun nümayəndəsi yapon şirkətində icraçı direktor və ya daha yuxarı vəzifə tutmalıdır. Yapon şirkəti məsələ ilə əlaqədar direktorlar şurasının dekabrın 17-də keçiriləcək iclası zamanı qərar qəbul etmək niyyətindədir.
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












