“Nissan”dan saxtakarlıq - Şirkət bəzi məlumatların saxtalaşdırıldığını etiraf edib

Yaponiyanın “Nissan Motor Co” avtomobil istehsalçısı əməkdaşları tərəfindən minik avtomobillərində havaya tullantıların səviyyəsi və yanacaq sərfiyyatının effektivliyi ilə bağlı məlumatların saxtalaşdırıldığını etiraf edib. Avtosfer.az-ın APA-ya istinadən verdiyi məlumata görə, şirkət daxili yoxlamalar nəticəsində “Nissan”ın Yaponiyadakı 5 müəssisəsində saxtalaşdırma faktları ilə bağlı məlumatlar aşkarlanıb. "Burada söhbət Yaponiyada satılan 900 ədəddən çox minik avtomobilindəki göstəricilərdən gedir", - deyə “Nissan”ın yaydığı məlumatda qeyd edilir. Bu, artıq son bir il ərzində “Nissan” şirkəti ilə bağlı yaranan ikinci qalmaqaldır. Belə ki, 2017-ci ilin sentyabrında avtomobil istehsalçısı Yaponiya müəssisələrində məhsulun təhlükəsizliyinə nəzarət zamanı qeydə alınan pozuntuları etiraf edib. Nəticədə şirkət 3 il ərzində Yaponiyada satılan demək olar ki, 1,1 milyon ədəd avtomobili geri çağırmalı olub.
“Nissan”ın bəyanatında deyilir ki, şirkət əməkdaşları havaya atılan tullantıların və texniki baxışın final mərhələsində avtomobilin qənaətcilliyi barədə olan göstəricilərinin nəticələrini dəyişdiriblər. Bildirilib ki, 2013-cü ildən bu yana “Nissan”ın Yaponiyadakı əksər zavodlarında məlumatlar saxtalaşdırılıb. Avtomobil istehsalçısının məlumatında həmçinin qeyd edilir ki, Yaponiya bazarı üçün istehsal edilən və hələ də sınaq müddətində olan daha 700 yeni avtomobil ölkədəki tələbata uyğun gəlmir. Bununla belə, “Nissan”da vurğulayıblar ki, Yaponiya müəssisələrində istehsal edilən bütün avtomobillər yerli təhlükəsizlik standartına uyğun gəlir.
Artıq avtomobil istehsalçısı “Nishimura & Asahi” hüquq şirkətini havaya atılan tullantıların və avtomobillərin qənaətcilliyi barədə saxtakarlıq hallarının müəyyən edilməsi ilə bağlı araşdırma aparmaq üçün cəlb edib.
Qeyd edək ki, bu məlumatlardan sonra “Nissan”ın səhmlərinin qiyməti 4,6% ucuzlaşıb. 2018-ci ilin əvvəlindən şirkətin səhmlərinin qiyməti 11% ucuzlaşıb.
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










