"Nissan"ın 1 il ömrü qalıb - Böhranla üz-üzədir - FOTO - FOTO

Dünyanın avtomobil sənayesində tanınmış şirkətlərdən biri olan "Nissan" ciddi maliyyə problemləri ilə üzləşib. Şirkətin yüksək vəzifəli rəhbərləri tərəfindən verilən məlumata görə, Nissan yaxın 12-14 ay ərzində yeni bir investor tapa bilməsə, iflas təhlükəsi ilə üz-üzə qalacaq.
Avtosfer.az xəbər verir ki, 2010-cu ildən sonra dözümlülüklə bağlı etibarını itirən "Nissan" iflasın astanasındadır.
"Nissan" avtomobil satışlarındakı kəskin azalma səbəbindən qısa müddət ərzində 9 min işçisini ixtisara salmağı və istehsal gücünü 20% azaltmağı planlaşdırır. Bundan əlavə, şirkət "Mitsubishi"dəki hissələrini satmağı və yeni model buraxılışlarını təxirə salmağı nəzərdən keçirir. Bu tədbirlərin şirkətin uzunmüddətli gələcəyi üçün yetərli olmayacağı ehtimal edilir.
"Nissan"ın adlarının açıqlanmasını istəmədikləri vəzifəli şəxsləri "Financial Times"a açıqlama verərək bildiriblər ki, şirkətin böhrandan xilas olması üçün əsas amil yeni investor tapmaqdır. Əks halda, "Nissan" qlobal iqtisadi böhranın təsiri ilə iflas edən növbəti iri marka ola bilər.

(milli.az)
Sürücülər bunu bilmir: 20 manat əlavə ödə, 10 min al
Məşhur bloqer oğurlanan superkarını internetdə gördü - Küçədə "drift" edərmiş
8 min manata “Hyundai”, 14 min manata “Prado”...
Avtomobil saxlamaq bahalaşır – Sürücülərin xərcləri artır
Azərbaycana gətirilən bahalı avtomobillərin sayı artdı - Rəqəmlər
“Mercedes” Almaniyaya investisiya qoyuluşunu dayandırır
Azərbaycanda Çinin seçilən markalarına zəmanət veriləcək
Şinlərin təzyiqi: Əksəriyyətin buraxdığı səhvlər
Bu maşınlar ucuzlaşacaq - YENİ QAYDALAR GƏLİR
Vəsiqəsiz şəxslərə avtomobil verənlərə XƏBƏRDARLIQ - VİDEO
Avropa məhkəməsi "MAZ" və "BELAZ"ın iddiasını rədd etdi












