“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO

“Niva Travel” modeli üçün yeni altıpilləli transmissiya layihələndirilir.
Avtosfer.az xəbər verir ki, bunu jurnalistlərə AVTOVAZ-ın layihə rəhbəri Qriqori Lıçev bildirib.
Mühəndis bildirib ki, yenilikdə məqsəd sürətin artırılması deyil, səs və vibrasiyanın azaldılmasıdır. Sürət qutusu 90 at gücü mühərriklə sınaqdan keçirilsə də, gələcəkdə daha güclü mühərriklərlə komplektləşdirilə bilər.
Yeni sürət qutusu “Legend” modelində (klassik “Niva”) tətbiq edilməyəcək. Səbəb motor bölməsinə yerin az olmasıdır.
1994-cü ildən etibarən bütün “Niva” modelləri beşpilləli mexaniki transmissiya ilə təchiz edilir. VAZ-da ilk dəfə belə transmissiya 1981-ci ildə ixrac modellərinə quraşdırılıb. Bu qurğu əslində 1970-ci ildən istehsal edilən VAZ-2101 sürət qutusuna əlavə valın qoyulması ilə mümkün olub. Ümumilikdə isə, konstruksiyada ciddi dəyişiklik yoxdur.
Keçmiş sovet məkanında bu transmissiya yalnız SSRİ-nin süqutundan sonra kütləviləşib.
Vüqar

Sürücülər bunu bilmir: 20 manat əlavə ödə, 10 min al
Məşhur bloqer oğurlanan superkarını internetdə gördü - Küçədə "drift" edərmiş
8 min manata “Hyundai”, 14 min manata “Prado”...
Avtomobil saxlamaq bahalaşır – Sürücülərin xərcləri artır
Azərbaycana gətirilən bahalı avtomobillərin sayı artdı - Rəqəmlər
“Mercedes” Almaniyaya investisiya qoyuluşunu dayandırır
Azərbaycanda Çinin seçilən markalarına zəmanət veriləcək
Şinlərin təzyiqi: Əksəriyyətin buraxdığı səhvlər
Bu maşınlar ucuzlaşacaq - YENİ QAYDALAR GƏLİR
Vəsiqəsiz şəxslərə avtomobil verənlərə XƏBƏRDARLIQ - VİDEO
Avropa məhkəməsi "MAZ" və "BELAZ"ın iddiasını rədd etdi












